...

Ekspertlər İrana qarşı yeni sanksiyaların tətbiq olunacağı qənaətindədirlər

Siyasət Materials 7 Fevral 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir D.Xatınoğlu/ İran son aylarda MAQATE ilə müzakirələrində müsbət nəticələr əldə etsə də, rəsmi Tehranın son bir neçə həftədə atdığı addımlar, xüsusilə uzaq məsafəli raketlərin sınagı, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sanksiyaların qəbul olunmasına səbəb olacaq. "İrana qarşı BMT Təhlükəsizlik Şurasınin 3-cü Qətnaməsinin qəbul olunacağı realdır"- deyə, İranlı politoloq, Hüseyn Lacəvərdi Trend ə bildirib.

BMT TŞ yanvarın 22-də İran əleyhinə 3-cü Qətnamənin ilkin variantının hazırlanmasında ortaq məxrəcə gəlib. Mart ayında əl-Bəradei, İranla müzakirələrinin nəticəsini məruzə formətinda BMT T Ş-yə təqdim edəcək.

İran keçən həftə ərzində, ilk dəfə olaraq atmosferaya göndərmək üçün yeni peykini sınaqdan keçirdi. RİA Novosti Agentliyinin fevralın 4-də yaydığı məlumata əsasən, Rusiya XİN İranın uzaq mənzilli raketlərini və peykini ardıcıl sınaqdan keçirməsinə öz narahtığını bildirib. ABŞ rəsmiləri İranın bu hərəkətini "təəssüf doğuran məsələ" adlandırdılar.

İranın yeni ballistik raket və peykini sınaqdan keçirməsi beynəlxalq ictimaiyyətdə, xüsusilə BMT-nin "5+1" ölkələri arasında böyük naratlıq yaradıb,- deyə Iran Tədqiqatçılar Assosasiyasının sədri Lacəvərdi (Hossein Lajavardi) fevralın 7-də Parisdən telefonla bildirib. "MAQATE-nin sədri keçən həftə İtaliyada İranla müzakirələrini müsbət dəyərləndirib və bu əməkdaşlıgın daha çox inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Lakin rəsmi Tehran MAQATE-nın bu ölkənin bütün nüvə obyektlərinə nəzarətinə mane olur", - deyə ekspert əlavə etdi. Onun fikrincə, MAQATE-nin növbəti məruzəsində heç bir yeni və müsbət detal qeyd olunmayacaq və İranın nüvə planında olan qaranlıq məqamlar çözülməmiş qalacaq. Beləliklə, İran əleyhinə 3-cü Qətnamənin qəbul olunacağı realdır və rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq olunacaq, - deyə Lacəvərdi qeyd edib.

Nüvə məsələri üzrə ekspert və İran Parlamentinin sabiq deputatı Əhməd Şirzad bildirib ki, hazırda Amerika və onun müttəfiqləri İranın nüvə planına çox həssas yanaşırlar. "İran MAQATE-nin bu ölkənin nüvə sahəsində fəaliyyətinə dair suallarına tamamilə aydınlıq gətirə bilməyib. Hətta, İranın müttəfiqləri hesab olunan Çin və Rusiya rəsmi Tehranı bundan artıq dəstəkləməyə maraq göstərmir"-deyə, Şirzad fevralın 7-də Tehrandan telefonla Trend ə bildirib. O hesab edir ki, 3-cü Qətnamənin qəbul olunacağına heç bir şübhə yoxdur, amma tətbiq edilən sanksiyalar çox sərt olmayacaq.

Rusiya Federasiya Şürasının xarici işləri üzrə komitəsinin sədri Mixail Margelov İranın

son zamanlar nüvə problemlərinin həllində həqiqətən də irəlilə getdiyini deyir. "Bəzi məlumatlara görə, İran Natansdakı nüvə mərkəzində uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların sınaqdan çıxarır. Tehranın uzaq mənzilli ballistik raketləri sınaqdan keçirməsi bu məlumatı qorxulu fonla kölgədə qoyub", - deyə Margelov fevralın 7-də Moskvadan telefonla Trend ə bildirib. Onun sözlərinə əsasən, ABŞ bunu Şərqi Avropada hava hücümundan mudafiə elementlərinin yerləşdiriməsi üçün əlavə arqument kimi istifadə edib. "Bu raketin buraxılması Cənub-Şərq istiqamətində RAKET əleyhinə mudafiə sistemlərinin yerləşdirilməsinə prinsipial olaraq etiraz etməyən, lakin qurğuların yerləşdirilməsi üçün alternativ variant təklif edən Rusiyanı da narahat edir. Sankisyalara gəldikdə isə, Rusiya adətən, onların gücləndirilməsinin əleyhinə çıxış edir. Bu kimi tədbirləri səmərəli saymır" - deyə Margelov əlavə edib.

O hesab edir ki, bu gün BMT TŞ-da İranın nüvə doseysinə növbəti dəfə baxılmasının nə ilə bitəcəyini proqnozlaşdırmaq çətindir. Yalnız onu demək olar ki, son hadisələr İran əleyhinə sanksiyaların sərtləşdirilməsi tərəfdarlarının mövqelərini gücləndirir, - deyə Margelov bildirib.

Xəbər lenti

Xəbər lenti