Azərbaycan, Bakı, 08 fevral/ Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri lord Rassel Constonu qəbul edib.
Görüşdə Azərbaycanla AŞPA arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.