...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Əhməd Cəffəri qəbul edib

Siyasət Materials 8 Fevral 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı,0 8 fevral/ Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Prezident sarayında Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Əhməd Cəffəri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı Əli Həsən Əhməd Cəffərin səfir kimi ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırladı və bu səfərlərin münasibətlərimizin genişlənməsi baxımından faydalı və mühüm olduğunu vurğulayıb. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xidmətlərinə görə cənab Əli Həsən Əhməd Cəffərin "Şöhrət" ordeni ilə təltif edildiyini bildirib və ordeni ona təqdim edib.

Səfir "Şöhrət" ordeni kimi yüksək mükafata layiq görülməsindən böyük şərəf hissi keçirdiyini deyib. O, Səudiyyə Ərəbistanına dost və qardaş ölkə olan Azərbaycanda diplomatik fəaliyyəti dövründə Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirib və ölkəmizlə dostluq əlaqələrini həmişə davam etdirəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti