...

Azərbaycanda mövcud Seçki Məcəlləsinə dəyişikləri Milli Məclisin yaz sesiyasında etmək daha məqsədə uyğun olardı - Venesiya Komissiyasının nümayəndəsi

Siyasət Materials 8 Fevral 2008 23:23 (UTC +04:00)
Azərbaycanda mövcud Seçki Məcəlləsinə dəyişikləri Milli Məclisin yaz sesiyasında etmək daha məqsədə uyğun olardı - Venesiya Komissiyasının nümayəndəsi

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanda mövcud Seçki Məcəlləsinə dəyişikləri Milli Məclisin yaz sesiyasında etmək daha məqsədə uyğun olardı. Trend in məlumatna görə, bu barədə jurnalistlərə Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov cümə günü bildirib.

"Qanuna dəyişikləklər vaxtında edilməlidir ki, Azərbaycanda həm seçki komissiyaları, həm də seçicilər növbəti seçkilərə hazır olmalıdırlar", - Kuznetsov dedi.

2008-ci ilə Azərbaycanda təyin edilmiş prezident seçkilər ərəfəsində Seçki Məcəlləsinə dəyişiklərin edilməsi qızğın müzakirə mərkəzindədir.

O həmçinin bildirdi ki bu məsələ ilə bağlı Venesiya Komissiyasının yekun rəyi yayda açığlanaçaq. Kuznetsov dedi ki komissiya müzakirə etdiyi təkliflər azerbaycan tərəfindən təklif edilib.

"Bizim vəzifəmiz qanunu yazmaq deyil, biz ancaq təcrübəmiz ili bölüşə bilərik", - Kuznetsov dedi.

Xəbər lenti

Xəbər lenti