...

Leyla Əliyeva: "Mən inanıram ki, biz birlikdə gələcəkdə də yaxşı işlər görəcəyik"

Siyasət Materials 11 Fevral 2008 11:59 (UTC +04:00)
Leyla Əliyeva: "Mən inanıram ki, biz birlikdə gələcəkdə də yaxşı işlər görəcəyik"

Rusiya, Moskva, 11 fevral / Trend , müxbir R.Ağayev / Moskvada "Bakı" kinoteatrında "Karlar ölkəsi" ("Strana qluxix") təşkilatının dəstəyi ilə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və "Zəif eşidənlərin dünyası" ("Mir slaboslışaşix") Gənclər Reqionlararası İctimai Təşkilatının təşkilatçılığı ilə "Biz həyatı sevirik" adlı xeyriyyə konserti keçirilib.

"Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu gün bu tədbiri keçirməsi mənim üçün çox xoşdur. Biz sizlərə şən bayram mühiti yaratmaq üçün mümkün olan hər şeyi etməyə çalışdıq. Mən inanıram ki, biz birlikdə həmçinin gələcəkdə də bir çox bu kimi aksiyalar keçirəcəyik, yaxşı işlər görəcəyik" - deyə tədbirin açılışında Fond nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bildirib.

O, qonaqları və konsert iştirakçılarını salamlayaraq Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın sosial həyatında böyük işlər həyta keçirildiyini xüsusi olaraq qeyd edib. Bu - məktəb tikintisi, mədəni irsin qorunması, abidələrin bərpası, kitab nəşrləri və əlbəttə ki, səhiyyə sahəsində həyata keçirilən çoxsaylı layihələrdən ibarətdir.

Tədbirdə Rusiyanın Federasiya Şurasının sədri Sergey Mironovun təbrik məktubu oxunub. Məktubda Rusiya Parlamenti Ali Palatasının spikeri Heydər Əliyev Fondunun Rusiydakı nümayəndəliyinə və şəxsən onun rəhbəri Leyla Əliyevaya həmin tədbirin və konsertin təşkili üçün minnətdarlığını ifadə edib. "Heydər Əliyev Fondu insanları Azərbaycan xalqının mədəniyyət ənənələri və nailiyyətləri ilə tanış etməklə yaxşı iş görür" - deyə müraciətdə bildirilib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da Heydər Əliyev Fonduna, Fondun Rusiya nümayəndəliyinə uşaqlar üçün təşkil olunan bayram şənliyinə görə minnətdarlığını bildirib. "Bizim vəzifəmiz fiziki imkanları məhdud olan uşaqlara kömək etməkdir, heç olmasa mənəvi cəhətdən. Əgər uşaqlar oxuyursa, oynayırsa, özünü yaradıcılıq sahəsində göstərirsə, deməli, onlar çox dəyərli insanlardır" - deyə diplomat vurğulayıb.

Rusiyanın tanınmış estrada müğənnisi Diana Qurtskonun ifasında səslənən mahnı ilə başlayan konsert proqramı çərçivəsində rusiyalı və azərbaycanlı əlil uşaqlar, "Anqelı Nadejdı" rəqs kollektivi və məşhur artistlər çıxış ediblər. Əlil uşaqlar rus xalq rəqslərini, Azərbaycanın milli "Qarabağ" rəqsini, əsgər rəqsini, tanınmış estrada artistlərinin mahnılarını və digər unikal kompozisiyaları ifa ediblər.

Xəbər lenti

Xəbər lenti