...

NATO sammitdə Gürcüstanın üzvlüyünü təqdir edə bilər-ekspertlər

Siyasət Materials 13 Fevral 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral/ " A.Qasımova, N.Kirtsxaliya, R.Ağayev/ Gürcüstanın NATO-ya daxil olması məsələsinə Rusiyanın mənfi münasibətinə baxmayaraq, Alyansın Buxarestdə keçiriləcək aprel sammitində onun gələcək üzvlüyü təqdir edilə bilər. "Gürcüstanın NATO üzvlüyünə namizədlərin fəaliyyət Planını (MAR) almaq üçün öz vaxtında Türkiyə, Yunanıstan, Rumıniya və ya Şərqi Avropanın istənilən digər ölkəsinin malik olduğu imkanlardan az imkanı yoxdur", - gürcüstanlı hərbi ekspert Koba Liklikadze hesab edir.

NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitinin gündəliyinə Gürcüstan və Ukraynanın Alyansa mümkün üzvlüyü məsələsinin daxil ediləcəyi gözlənilir. Yanvarda jurnalistlərin Tbilisinin Şimali Atlantika Alyansına qoşulmağa səylərini şərh etmək xahişlərini cavablandıran RF XİN rəhbəri Sergey Lavrov bunları deyib: " Gürcüstanın NATO-ya üzv olmaq niyyəti gürcü xalqının şəxsi işidir. Lakin bu halda RF öz təhlükəsizliyinin təmin edilməsi haqqında nəticə çıxarmalıdır" . "Xatırlatmaq istəyirəm ki, hərbi bazaların Gürcüstandan çıxarılması haqqında məsələ həll edilərkən gürcü tərəfi onun ərazisində heç bir üçüncü ölkənin hərbi bazasının olmayacağı haqqında qanunvericilik səviyyəsində öhdəlik götürüb. Baxarıq...", - Lavrov əlavə edib.

"Gürcüstanın NATO-nun Buxarest sammitində MAR proqramını alması spekulyasiya məsələsidir və o, Alyansın 26 ölkəsinin konsensus qərarı qəbul etməsinədək qarşıdırılacaq", - çərşənbə günü Liklikadze Trend -ə bildirib. Ekspertlər Gürcüstanın MAR ala biləcəyinin səbəbləri arasında ölkənin İPAP Proqramı çərçivəsində implementasiya məsələsində uğurlarını, bazar iqtisadiyyatına keçiddə irəliləyişləri, biznes mühitinin liberallaşmasını göstərirlər. Ekspertin sözlərinə görə, özünü xüsusən müxalifətin bir az bundan qabaqkı güclənməsində göstərən demokratik institutlar quruculuğu, Gürcüstanın NATO-nun sülhməramlı əməliyyatlarında fəal iştirakı, ABŞ-ın tam və fəal surətdə dəstəklənməsi də səbəb ola bilər.

Liklikadze Gürcüstanın NATO-ya yolunda maneələr yarada biləcək səbəblər arasında ölkə ərazisində mövcud olan həll edilməmiş münaqişələri, zəif məhkəmə sistemini və ilk növbədə, Rusiyanın simasında xarici faktorları göstərir. Liklikadze qeyd etdiyi kimi, Moskvanın Rusiyanın özünü Şimali Atlantika Alyansının mühasirəsində hiss etməsi haqqında sonuncu bəyanatı da buna dəlalət edir. Bundan əlavə, bir çox Avropa ölkələrinin enerji cəhətdən tamamilə Rusiyadan asılı olması faktı da maneə ola bilər.

"Buxarest sammiti ABŞ-ın dəstəyi, Gürcüstanın nail olduğu uğurlar və ya təzyiq vasitələri və Fransanın müdafiə nazirinin bunu dəstəkləyən bəyanatından hansının üstün gələcəyini göstərəcək", - ekspert vurğulayır. "Son zamanlar NATO-ya qəbulun axınla baş verdiyini nəzərə alsaq, Ukraynanın MAR-ın alınmasına ərizəsi Gürcüstanın xeyrinə ola bilər", - o əlavə edib.

Rusiyalı hərbi-siyasi ekspert Sergey Markedonov hesab edir ki, Gürcüstanın NATO-ya mümkün qəbul edilməsinə Rusiyanın münasibəti, şübhəsiz, mənfidir. "Rusiyanın mövqeyi çox əsəbidir. Belə ki, hazırda Buxarest sammitindən sonra Gürcüstanın NATO-ya inteqrasiyasının sonuncudan əvvəlki mərhələsinin başlayacağından söhbət gedir", - Siyasi və Hərbi Analiz İnstitutunun millətlərarası münasibətlərin problemləri şöbəsinin müdiri Markedonov Trend -ə bildirib.

Onun sözlərinə görə, bu gün NATO -nun bütün üzvlərinin Gürcüstana vahid yanaşması yoxdur, ancaq müxalifətin mitinqlərinin amansızcasına yatırıldığı 7 noyabr Tbilisi hadisələrindən sonra kifayət qədər şübhəli münasibət var. Ekspertin sözlərinə görə, bundan əlavə, yanvarda Gürcüstanda keçirilən prezident seçkilərindən bu ölkədə Şimali Atlantika inteqrasiyasına vahid rəyin olmasına baxmayaraq, müxalifətlə çox çətin dialoq prosesləri gedir. "Düşünmürəm ki, Gürcüstanın NATO-ya üzvlüyü məsələsi bir və ya iki illik məsələdir və ola bilsin ki, Buxarest sammitində hər hansı bir irəliləyiş olsun", - o bildirib.

Rusiyalı politoloq əmindir ki, Gürcüstanın NATO-ya üzv olmasının müvəqqəti çərçivələri bir çox halda onun ərazisindəki münaqişələrlə bağlı faktorlardan asılıdır. "Onların həll edilmə dinamikası nə qədər müsbət olsa, Gürcüstanın Rusiya ilə münasibətləri də o qədər müsbət inkişaf edəcək. Rusiya və Gürcüstan arasında münasibətlər pisləşərsə, tamamilə aydındır ki, NATO bu məsələyə qarşımaq, xüsusən də, bu məsələdə iştirak etmək istəməz", - Markedonov əlavə edib.

Amerikalı hərbi ekspert Ted Karpenterin rəyinə görə, Vaşinqton başa düşür ki, onun Ukrayna və Gürcüstanı NATO-da görmək arzusu Rusiya ilə münasibətləri pisləşdirəcək. Lakin buna baxmayaraq, onların Alyansa qoşulması üzrə iş görür. "ABŞ-dan fərqli olaraq, Avropa Rusiya ilə münasibətlərə dair bütün nüanslara həssasdır. NATO-nun öz tərəfdaşlarını onun siyasi üstünlüyünü qəbul etməyə məcbur etməsini zaman göstərəcək", - çərşənbə günü KATO (ABŞ) institutunun beynəlxalq və müdafiə araşdırmaları üzrə vitse-prezidenti Karpenter elektron poçtu ilə Trend -ə bildirib.

Xəbər lenti

Xəbər lenti