Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi ikigünlük rəsmi səfərlə Macarıstana yola düşüb.
Görüş zamanı ikitərəfli və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır. Ekspertlər artıq danışıqlar proqramı və gündəliyni razılaşdırıb və imzalanacaq layihə sənədləri üzərində işi başa çatdırıblar. Azərbaycan hökumətindən verilən məlumata görə, müqavilə layihələri arasında iqtisadiyyat, bank sektoru, ikiqat vergi qoymanın qarşısının alınması və digər sahələri əhatə edən sənədlər mövcuddur.