...

Venesuela ABŞ neft bazarını poza bilməyəcək - JP Morgan Chase Bank -ın analitiki

Siyasət Materials 19 Fevral 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir A.Bədəlova/ Venesuelanın ABŞ neft ixracını dayandırması ölkələr arasında neft ticarətini poza bilməyəcək. Bu barədə Trend -a JP Morgan Chase Bank - ın analitiki Kristi Cons (Kristi Jones) məlumat verib.

"Venesuelanın ABŞ-a neft ixracını dayandırmasının bu ölkələr arasında neft ticarətini pozması ehtimalı azdır. Venesuelanın ABŞ-a ixracı ölkənin bütün ticarətinin payıdır", - o bildirib.

Venesuelanın Dövlət Neft Şirkəti Petroleos de Venezuela (PDVSA) ötən həftə Amerikanın ən iri neft şirkəti ExxonMobil-ə xammal satışını dayandırdığını elan edib. Bu hərəkət Venesuelanın təqribən $12 mlrd.-lıq xarici aktivlərinin donundurulmasına cavab olub.

Analitikin sözlərinə görə, ABŞ-a neft ixracının dayandırılmasından Venesuelanın özü daha çox zərər çəkəcək. "ABŞ-a ixracın, xüsusilə də uzun müddətə dayandırılması ABŞ emalçılarından daha çox PDVSA üçün dağıdıcı olacaq", - analitik bildirib.

"İndi Venesuealın ixrac etdiyi neft daha çox ABŞ-ın payına düşür", - analitik bildirib. Venesuela ABŞ-a neft ixracı həcmi üzrə dördüncü yeri tutur. Hər gün Venesueladan Amerikaya 1,5 mln. barel neft tədarük edilir. Neft PDVSA-nın qismən ExxonMobil-ə məxsus olan müəssisələrində emal edilir.

Analitikin sözlərinə görə, Venesuela nefti ən ağır neftdir və intensiv emal tələb edir. Venesuela neftini emal edə bilən NEZ-in əksəriyyəti ABŞ-da yerləşir, beşi isə PDVSA-nın törəmə şirkəti Citgo-ya məxsusdur.

2007-ci ilin yanvarında Venesuela prezidenti Uqo Çaves Orinoko çayı hövzəsində neft yataqlarının milliləşdirilməsi haqqında dekret imzalayıb. Sənədə əsasən, əcnəbi şirkətlər 2008-ci il mayın 1-dək neft hasilatı üzrə layihələrdəki paylarını, 60 faizdən az olmayaraq, PDVSA milli neft şirkətinə satmalıdırlar. ExxonMobil Çavesin şərtləri ilə razılaşmayıb və Venesueladakı layihələrinin bir hissəsi üzərində nəzarəti itirib.

Xəbər lenti

Xəbər lenti