...

ATƏT DİİHB Ermənistanda prezident seçkilərinin yekunu üzrə daha bir aralıq hesabat açılayacaq

Siyasət Materials 4 Mart 2008 15:39 (UTC +04:00)
ATƏT DİİHB Ermənistanda prezident seçkilərinin yekunu üzrə daha bir aralıq hesabat açılayacaq

Azərbaycan, Bakı, 04 mart / Trend , müüxbir K.Ramazanova/ Yaxın günlərdə ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları üzrə Bürosu (DİİHB) fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərinin yekunu üzrə daha bir aralıq hesabat açıqlayacaq. Bu barədə çərşənbə axşamı Trend a ATƏT DİİHB-nın mətbuat katibi Cen Haqen Esçenbaçer (Jens-Hagen Eschenbaecher) məlumat verib.

"Ermənistanda vəziyyətlə əlaqədar olaraq, DİİHB hazırda üzərində iş aparılan növbəti hesabatla çıxış etməyi planlaşdırır" - deyə Esçenbaçer bildirib.

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları üzrə Bürosunun (DİİHB) ilk qiymətləndirməsinə müvafiq olaraq, demokratik nöqteyi- nəzərdən seçkilər ATƏT-in tələb və standartlarına tam müvafiq olub. Bununla yanaşı, ATƏT qeyd edib ki, beynəlxalq müşahidəçilər seçki zamanı mövcud problemlər qeydə alıblar.

Martın ikisində prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu, müxalifətin prezident seçkilərinin nəticələrinə qarşı nümayişləri sonunda polis qüvvələri ilə açıq qarşıdurmadan sonra tətbiq olunub. Ermənistanın Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə günü və bazar günü gecə Yerevanda baş verən qarışıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasıdan ölüb.

Xəbər lenti

Xəbər lenti