...

Azərbaycan - Türkiyə dostluq parkları salınacaq

Siyasət Materials 11 Mart 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı 11 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin rəmzi olaraq, Azərbaycanın bir neçə şəhərində dostluq parkları salınacaq. Trend un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı yeni səfiri Hulusi Kılıc çərşənbə axşamı Bakıda KİV nümayəndələri ilə görüşündə açıqlama verib.

Onun sözlərinə görə, dostluq parkı bu il Bakı və Gəncə şəhərlərində, gələn il Azərbaycanın digər rayon və şəhərlərində salınacaq.

Səfir onu dabildirib ki, türkiyəli mütəxəssislər gələn ay Azərbaycanın gənc jurnalistləri üçün Bakıda kurslartəşkil edəcəklər.

Xəbər lenti

Xəbər lenti