...

Azərbaycanda sabitliyi pozmağa cəhd edən qüvvələrin qarşısı alınacaq- daxili işlər naziri

Siyasət Materials 12 Mart 2008 13:14 (UTC +04:00)
Azərbaycanda sabitliyi pozmağa cəhd edən qüvvələrin qarşısı alınacaq- daxili işlər naziri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın daxili işlər naziri bəyan edib ki, ölkədə sabitliyin pozulmasına edilən cəhdlərin qarşısı Daxili Qoşunlar tərəfindən alınacaq. "Son 4-5 ildə bəzi qüvvələr Azərbaycanda mövcud olan daxili sabitliyi və əminamanlığı pozmağa cəhd göstəriblər. Bu cəhdlərin qarşısının alınmasında Daxili Qoşunlar üzərlərinə düşən missiyanı layiqincə yerinə yetiriblər və sabitliyin pozulmasının qarşısının alınmasında mühüm rol oynayıblar" çərşənbə günü Daxili Qoşunların şəxsi heyəti qarşısında çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

1995-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Daxili Qoşun əsgərlərinin ilk dəfə döyüşə qatıldığı gün, martın 12-si Daxili Qoşunların yaradılması günü kimi təsdiq edilib.

Azərbaycanın Daxili Qoşun heyəti Dağlıq Qarabağ münaqişəsi zamanı 496 nəfər şəhid verib, 1168 nəfər əsgəri yaralanıb, 268 nəfəri isə itkin düşüb.

Usubov deyib ki, Azərbaycanda daxili sabitliyin pozulmasına cəhd göstərilərsə, Daxili Qoşunlar bunun qarşısını almaq üçün üzərinə düşən missiyanı yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti