...

Avropa Şurası Azərbaycandakı KİV-in vəziyyətindən narahatdır - "Aqo" Monitorinq Qrupunun rəhbəri (video)

Siyasət Materials 3 Aprel 2008 14:41 (UTC +04:00)
Avropa Şurası Azərbaycandakı KİV-in vəziyyətindən narahatdır - "Aqo"  Monitorinq Qrupunun rəhbəri (video)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Ramazanova / Avropa Şurasını Azərbaycan KİV-nin vəziyyəti narahat edir və struktur ölkə hökumətini təşkilatın standartlarından kənara çıxmamağa və mətbuat nümayəndələrinin hüquqlarını müdafiə etməyə çağırır. Bu barədə cümə axşamı AŞ Nazirlər Kabinetinin sədri, "Aqo" Monitorinq Qrupunun rəhbəri Pyer Syerqen Bakıda Azərbaycanın müxalifət partiyalarının nümayəndələri ilə görüşündən sonra jurnalistlərə məlumat verib.

"Biz istəyirik ki, AŞ-ya üzv-ölkələr təşkilatın stiandartlarına əməl etsin və AŞ qarşısında götürülmüş bütün öhdəlikləri həyata keçirsin" - deyə Syerqen bildirib.

O, Azərbaycandakı seçkiqabağı vəziyyətlə əlaqədar narahatlığını bildirib. Ölkədə prezident seçkiləri payızda keçiriləcək. "Bizi, eləcə də məhbuslarla bağlı vəziyyət narahat edir" - deyə AŞ Nazirlər Kabinetinin rəhbəri qeyd edib. Monitorinq Qrupunun üzvləri bütün bu məsələləri Azərbaycanın siyasi partiya nümayəndələri ilə müzakirə ediblər.

"Aqo" Monitorinq Qrupu Azərbaycana, ölkənin AŞ qarşısındakı öhdəliklərinə əməl olunması məsələlərinin öyrənilməsi məqsədilə gəlib. Səfər çərçivəsində AŞ nümayəndələri Azərbaycanın rəsmi şəxsləri və həbsdə olan jurnalistlər ilə görüşmək niyyətindədir.

Hazırda Azərbaycanda üç jurnalist həbsdədir. KİV nümayəndələri onların işinə ədalətlə və qərəzsiz baxılmasını, həbs olunmuş həmkarlarının azadlığa buraxılmasını, siyasi məhbusların məsələsi ilə bağlı ATƏT və Avropa Şurasının konkret müdafiə mexanizmləri təqdim etməsini tələb edir və mətbuata qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyaları keçirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti