...

Böyük Britaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Siyasət Materials 5 Aprel 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Gəncə, 5 aprel / Trend V. Məmmədov/ "Bu, mənim Azərbaycanın regionlarına ilk səfərimdir. Bundan sonra tez-tez regionlara gedib oradakı iqtisadi, siyasi vəziyyətlə tanış olmağı planlaşdırıram". Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun şənbə günü Gəncəyə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Azərbayacandakı fəaliyyəti zamanı bu, regiona ilk səfəridir. Səfir yerli QHT və media nümayəndələri ilə görüşərək onların gördükləri işlər və problemləri ilə maraqlanıb. İlk görüş yerli QHT-lərin nümayəndələri ilə keçirilib. Tədbirdə əsasən qadın, gənclər və aqro-biznes məsələləri ilə məşğul olan 10-a yaxın yerli QHT nümayəndəsi iştirak edib.

QHT-lərin fəaliyyəti ilə tanış olan Braun onların problemləri ilə də maraqlanıb. İşgüzar və səmərəli keçən görüşdə Karolin Braun yerli QHT-lərlə işbirliyinin zəruriliyindən danışıb.Günün ikinci yarısında səfiri yerli media nümayəndələri ilə görüşüb. Burada yerli mediada görülən işlər və problemlərdən söz açılıb.

Səfir Gəncədən sonra Naxçıvan, Lənkəran və Astaraya getməyi planlaşdırdığını söyləyib.

Karolin Braun Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi ötən ilin iyulundan fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti