...

NATO Azərbaycan ərazisini Əfqanıstana yerüstü yüklərin çatdırlması üçün nəzərdən keçirir – Robert Simmons

Siyasət Materials 11 Aprel 2008 20:17 (UTC +04:00)
NATO Azərbaycan ərazisini Əfqanıstana yerüstü yüklərin çatdırlması üçün nəzərdən keçirir – Robert Simmons

Qazaxıstan, Astana, 11 aprel/ " müxbir K.Konırova/NATO "Line communication" layihəsi üzrə Əfqanıstana yerüstü yüklərin daşınması üçün Rusiya, Qazaxıstan və Özbəkistanla danışıqlar aparır. Bu barədə cümə günü Astanada NATO-nun xüsusi nümayəndəsi Robert Simmons məlumat verib.

" Bu məsələ üzrə Qazaxıstan hökumətindən müsbət reaksiya alınıb", - NATO-nun Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Simmons mətbuat konfransında bildirib.

NATO Ukrayna, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistan vasitəsilə bir vaxtlar Sovet İttifaqının istifadə etdiyi dəmir yolu üzrə qeyri-ölümcül yüklərin tranzitini nəzərdə tutan "Line communication" layihəsini həyata keçirir.

Simmons bildirib ki, NATO-nun Buxarest sammitində Rusiya tərəfi ilə "Alyansın yüklərinin RF ərazisindən daşımağa imkan verən" məktublar mübadiləsi baş tutub.

"Bu razılaşma bizim Əfqanıstandakı hərbçilərimiz üçün alternativ yük daşınmaları marşrutu yaratmağa cəhddir. Lakin Rusiya sərhədindən Əfqanıstanadək uzaqdır. Buna görə də, biz bu gün Qazaxıstan hökuməti ilə danışıqlar apardıq və yaxın günlərdə Astanaya səfərdən dərhal sonra yola düşəcəyimiz Özbəkistan hökuməti ilə də danışıqlar aparacağıq", - NATO nümayəndəsi bildirib.

Simmonsun sözlərinə görə, yerüstü yüklərin Əfqanıstana çatıdırlmasının üç əsas marşrutu nəzərdən keçirilir. "Birinci Pakistan vasitəsilədir. Lakin bildiyiniz kimi, orada qeyri-sabit vəziyyət hökm sürür. İkinci Belarus, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan vasitəsilə. Bizə maraqlı olan üçüncü marşrut isə, Qafqaz - Gürcüstan və Azərbaycan, daha sonra Xəzər dənizi, Türkmənistan və Azərbaycan marşrutudur", - Simmons bildirib. Onun sözlərinə görə, bu üç marşrutun hər birinin öz "müsbət" və "mənfi" cəhətləri var

Bundan əlavə, marşrut seçimi Əfqanıstandakı təyinat nöqtəsinin şimalda və ya şərqdə - harada olacağından asılıdır.

" Yüklər alman hissələrinin olduğu şimala çatdırılacaqsa, o zaman yüklərin Rusiya, Qazaxıstan və Özbəkistan vasitəsilə, cənubda Herata çatdırılacaqsa, Pakistan marşrutu arzuolunandır", - Simmons əlavə edib.

Xüsusi nümayəndə NATO-nun yüklərinin Əfqanıstana çatıdırlması sahəsində Azərbaycanla əməkdaşlıqdan razılıq bildirib. "Əfqanıstana yük daşınması üzrə bizə hava dəhlizi ayıran Azərbaycanla əla münasibətlərimiz var", - Simmons əlavə edib.

Xəbər lenti

Xəbər lenti