...

Azərbaycanın prezident seçkisində 25 faiz səs alan namizəd siyasətdən getməlidir-müxalifət lideri

Siyasət Materials 12 Aprel 2008 15:30 (UTC +04:00)
Azərbaycanın prezident seçkisində 25 faiz səs alan namizəd siyasətdən getməlidir-müxalifət lideri

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir C.Babayeva/ Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı bildirib ki, partiya prezident seçkisinə son şans kimi yanaşıb bütün gücü ilə mübarizə aparacaq. "Prezident seçkisində 20-25 faiz səs alan siyasətçi hesab edirəm ki, siyasətdən getməyi barədə ciddi düşünməlidir" Trend -un məlumatına görə, bu fikri şənbə günü gənclərlə görüşündə müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Müsavat Partiyasının Məclisi seçkiyə partiyanın başqanı İsa Qəmbərin namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə seçkidə indiki prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini açıqlayıb.

Qəmbər deyib ki, seçkidə yüksək səs faizi almayan partiya lideri özü getmirsə, partiya üzvləri onun siyaəsti tərk etməyi təmin etməlidir. Onun sözlərinə görə, seçkidə 40 faiz səs almağı düşünür. "İstənilən seçkidə bilsəm ki, 40 faizdən aşağı səs alsam, ondan sonra heç bir zaman seçkidə iştiraka iddia etmərəm. Başqalarına imkan yaradaram" Qəmbər əlavə edib.

Onun sözlərirnə görə, 2008-ci il prezident seçkisinin müxalifət üçün son şans adlandırıması ziddiyyətli fikirdir. "Bəzən müxalifət özü də bu cür düşünməyə başlayır. Bu fikrə ikili yanaşma olmalıdır. Biz hər bir mərhələdə bunun son şans olduğunu fikirləşməliyik" Müsavat başqanı deyib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti