...

Azərbaycan Futbol Federasiyası almaniyalı məşqçi ilə 2009-cu ilin dekabrınadək müqavilə imzalayıb

Siyasət Materials 14 Aprel 2008 21:39 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyası almaniyalı məşqçi ilə 2009-cu ilin dekabrınadək müqavilə imzalayıb

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Futbol Federasiyaları Assosiyası (AFFA) almaniyalı futbol məşqçisi Berti Foqtsla 2009-cu ilin dekabrına qədər müqavilə imzalayıb. "2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərəhələsi başa çatana qədər Berti Foqts Azərbaycan Milli komandasının baş məşqçisi olacaq", - deyə bazar ertəsi keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

Bazar ertəsi AFFA rəhbərliyi Berti Foqtsu baş məşqçi kimi ictimaiyyətə təqdim edib. AFFA prezidenti Azərbaycan Milli komandasının iki nömrəli köynəyini və Milli bayraq rəngində olan şərfi Foqtsa təqdim edib.

"İnanıram ki, milli komanda dünya çempionatının qrup mərəhələsində keçirdiyi görüşlərdən üzüağ çıxacaq və Azərbaycan xalqını, azarkeşləri öz qələbələri ilə sevindirəcək", - deyə AFFA prezidenti əlavə edib.

Milli komandanın yeni baş məşqçisi bildirib ki, AFFA prezidenti və qrumun baş katibi ilə bəzi məsələləri müzakirə ediblər. Foqtsa görülən işlərlə bağlı məlumat verilib: "Mən bilirəm ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən ölkədir. Ümid edirəm ki, futbol da inkişaf edəcək".

Baş məşqçi qeyd edib ki, Azərbaycan 2010-cu ildə dünya çempionu ola bilməz. Lakin Azərbaycan dünya çempionatının qrup mərhələsində eyni qrupda mübarizə aparacağı Almaniya və Rusiya kimi böyük futbol ölkələrinin işini çətinləşdirə bilər: "Azərbaycan yığması bu komandalardan xal qopara bilər. Bəxtə ümid etmək olmaz. Sonadək mübarizə aparıb, qələbə qazanmaq lazımdır".

Gələcək planları haqqında məlumat verən baş məşqçi qeyd edib ki, ayda ən azı bir dəfə yığma komandanın oyunçularını bir yerə yığıb məşq edəcək. Azərbaycan kuboku uğrunda oyunlar başa çatandan -aprelin 30-dan sonra Azərbaycan Milli komandası tibbi müayinədən keçmək üçün Almaniyaya gedəcək.

"Bundan başqa, mən Almaniyadan köməkçi məşqçilər, həkim terapevtlər, taktiki hazırlıq üzrə mütəxəssislər dəvət edəcəyəm. Artıq onların bir necəsi ilə danışıqlar aparmışam. Hazırda Almaniyada çempionat oyunları davam edir. Təkliflərimiz danışıqlar apardığımız almaniyalı məşqçilərin bəzilərini qane edir. May ayında Azərbaycanda mənimlə işləyəcək məşqçilərin adlarını açıqlayacağam. Azərbaycanın klubları ilə yaxından əməkdaşlıq edəcəyəm. Klublar Milli komandadan dəstəklərini əsirgəməməlidirlər".

Onun fikrincə, milli komandanını psixloji hazırlığına da cidi fikir vermək lazımdır. Çünki psixloji hazırlıq fiziki hazırlıq qədər vacibdir.

Jurnalistlərin təkidli sualarına baxmayaraq, nə AFFA prezidenti, nə də yeni baş məşqçi imzalanan müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. AFFA prezidenti qeyd edib ki, müqavilənin maliyyə şərtləri orta səviyyəlidir və Azərbaycanı qane edir: "Çox bahalı müqavilə deyil. Amma bunu açıqlamağın heç bir əhmiyyəti yoxdur".

Foqts da müqavilənin şətrlərindən razı qaldığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti