...

Azərbaycan Parlamentində qalmaqal yaranıb

Siyasət Materials 15 Aprel 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində qalmaqal yaranıb. Parlamentin çərşənbə axşamı keçirilən iclasında müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında qalmaqal yaranıb.

Qalmaqalın yaranmasına səbəb Parlamentdə müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rustəmxanlının çıxışı olub. Rüstəmxanlı deyib ki, Parlament rəhbərliyi deputatlara münasibətdə ayrıseçkiliyə yol verir. "Milli Məclisdə müxtəlif giriş qapıları var və oradan hər deputatın keçməsinə icazə verilmir. Eyni zamanda, avtomobillər üçün dayanacaq ayrılsa da, orada da bütün deputatların maşın saxlamasına imkan vermirlər" Rüstəmxanlı əlavə edib.

Spiker Əsədov isə ona cavab olaraq bildirib ki, Milli Məclisdə müxtəlif qapıların olmasının səbəbləri var: "Mənim spikerliyimdən əvvəl də belə olub, qapıların bəzilərindən bütün deputatlar, digərindən isə sədr keçə bilər" Əsədov cavabında deyib.

Bundan sonra çıxışa yazılan Müsavat deputat qrupunun üzvü Hüseyn üçün mikrofonun yandırılmaması onu özündən çıxarıb. Hüseyn yerindən qalxaraq spikerə etirazını bildirib. Spiker isə onu sakitləşməyə və yerindən danışmamağa çağırıb.

"Sən kimsən ki, mənim üstümə qışqırırsan və irad tutursan" deyə Hüseyn buna reaksiya verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti