...

Gürcüstan Rusiyanı digər dövlətin daxili işinə qarışmaqda ittiham edir

Siyasət Materials 17 Aprel 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Ramazanova/ Gürcüstan Rusiyanı digər dövlətin daxili işinə qarışmaqda ittiham edir.

"Tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarına dəstək "Rusiyanın faktiki olaraq digər dövlətin ərazilərini qəsb etməsi deməkdir" " - deyə cümə axşamı Trend a Gürcüstan dövlət nazirinin reinteqrasiya məsələləri üzrə müavini Dmitri Mancavidze bildirib.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin Abxaziya və Cənubi Osetiyaya dəstək göstərilməsi barədə göstəriş verib. Bundan əlavə, Rusiya Federasiyası XİN-in yaydığı bəyanatında bildirilir ki, "Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşlarının hüquq, azadlıq və qanuni maraqlarının müdafiə olunması üçün hərtərəfli mexanizm" yaradılmalıdır".

Mancavidzenin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinə dair danışıqlar əsassız və nəticəsizdir.

"Biz bu fəaliyyətin qarşısını almaq mqsədi ilə sonadək mübarizə aparacağıq. Bu prosesin nəticəsi artıq bizdən asılı deyil" - deyə o bildirib.

NATO-nun Baş katibi Yaap de Xup Sxeffer Rusya XİN-in Abxaziya və Cənubi Osetiyaya dair bəyanatından narahtlığını bildirib. O, Alyans müttəfiqləri tərəfindən Buxarest sammitində Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyini xatırladıb.

"Rusiya tərəfindən tanınmamış respublikalar ilə əlaqələrin qurulmasına yönəldilmiş addımlar bu ölkənin suverenliyini sarsıdır", - deyə NATO-nun Baş Katibi bldirib və Rusiyanı bu addımlardan imtina etməyə çağırıb.

Rəsmi Vaşinqton da həmçinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı yeni fəaliyyətinin mahiyyətini aydınlaşdırmağa səy göstərir. Avropa İttifaqı Gürcüstan tərəfinə onun ərazi bütövlüyünü dəstəklədiyini artıq bəyan edib.

Cənubi Osetiyanın prezidenti Eduard Kokoytı Rusiya Federasiyası prezidenti Putinin Abxaziya və Cənubi Osetiyaya dair hökumətə verdiyi göstərişi, tanınmamış respublikalar ərazisində yaşayan Rusiya vətəndaşlarının həyatının qorunması üçün yeganə düzgün qərar adlandırıb.

SSRİ-nin dağılmasından sonra Gürcüstan SSRİ-yə daxil olan Abxaziya öz müstəqilliyi barədə bəyanat verib. Gürcüstan 1992-ci ilin avqustunda Abxaziyaya qoşun yeridib, lakin silahlı müqavimətlə qarşılaşıb. Gürcüstanın Abxaziya üzərində nəzarətinin itirilməsi ilə nəticələnən silahlı münaqişə 1993-ci il avqustun 30-da başa çatıb. O vaxtdan Abxaziya öz müstəqilliyinin tanınmasına nail olmağa çalışır.

Cənubi Osetiya SSRİ-nin mövcud olduğu illərdə Gürcüstanın tərkibində Muxtar Respublika statusuna malik olub. 1991-ci ildə ölkənin birinci prezidenti Zviad Qamsaxurdiya muxtariyyəti ləğv edib. Bu qərarla razılaşmayan Cənubi Osetiya hakimiyyəti Gürcüstan hakimiyyətinə silahlı müqavimət göstərib. 1992-ci ilə qədər sürən silahlı münaqişədən sonra Gürcüstan bu ərazi üzərində nəzarəti itirb. Cənubi Osetiya müstəqilliyinin tanınmasına çalışır, lakin Gürcüstan bu ərazini öz tərkib hissəsi hesab edr və ona geniş muxtariyyət təklif edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti