...

BMT Baş katibinin 2008-ci ildə Fələstin dövlətinin yaradılmasına olan ümidləri real deyil – münaqişə tərəfləri

Siyasət Materials 3 May 2008 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may/ Trend müxbir R.Hafizoğlu, A.Qasımova, R.Abdullayev/ Fələstin muxtariyyətinin hakim FƏTH partiyası 2008-ci ilin sonunadək Fələstin dövlətinin yaradılacağına inanır. Lakin bir çoxları buna şübhə edirlər.

Birləşmiş Mitllətlər Təşikilatının Baş Katibi Pan Qi Mun mayın 2-də Londonda Yaxın Şərqə dair keçirilən konfransda 2008-ci ilin sonunadək intensiv danışıqların nəticəsində İordan çayının qərb sahilində müstəqil Fələstin dövlətinin yaradılacağını istisna etməyib.

"Pan Qi Mun dünya ictimaiyyətini aldadır" - deyə, "HƏMAS"-ın mətbuat katibi Sami Əbu Zühri Trend -a bildirib. "Biz müstəqil Fələstin dövlətinin yaranmasını istəyirik, amma bu günki vəziyyətdə bu qeyri - mümkündür"-deyə, Əbu Zühri cümə günü Qəzzədən telefonla bildirib.

Əbu Zühri hesab edir ki, beynəlxalq təşkilatlar Fələstin dövlətinin yaranmasında maraqlı deyillər.

"Beynəlxalq təşkilatlar "HƏMAS" Fələstin dövlətinin yaranmasını və fələstinlilərin rifahını istəyirlərsə, Qəzzənin blokadasının dayandırılması üçün İsrailə təzyiq göstərməlidirlər"- deyə o qeyd edib. O hesab edir ki, İsrail müstəqil Fələtin dövlətinin yaranmasını istəmir və buna mane olmaq üçün hər cür vasitələrdən istifadə edəcək.

Fələstindəki hakim FƏTH təşkilatı Ramallah qərargahının mətbuat katibi Məhəmməd Üdvan isə deyir ki, Fələstin dövlətinin qurulması istiqamətində atılan bütün addımlar dəstəklənəcək. O inanır ki, Fələstində sabitliyin olması və müstəqil dövlətimizin qurulması istiqamətində atılan addımlar səmərəli olacaq.

Suveren Fələstin dövlətinin qurulması üçün həm Fələstin tərəfi, həm də beynəlxalq rəsmi təşkilatlar bundan sonra da sıx əməkdaşlıq edəcəklər -deyə, Üdvan cümə günü telefonla Trend -a bildirib.

"Biz BMT Baş katibi Pan Qi Munun 2008-ci ildə Fələstin dövlətinin yaradılması haqqında bəyanatını anlaşma ilə yanaşırıq. İsrail sülh danışıqları aparmağa hazırdır, biz Mahmud Abbası və onun rəhbərlik etdiyi Fələstin administrasiyasını danışıqlar üzrə ciddi tərəfdaş kimi qəbul edirik". Bu barədə Trend -a cümə günü İsrail XİN-in rəsmi nümayəndəsi Eddi Şapira (Eddi Shapira) məlumat verib.

İsrail diplomatının rəyinə görə, əvvələr olduğu kimi, İsrail indi də sülh danışıqları aparmağa, həmçinin terror infrastrukturu və terror təşkilatları ilə mübarizəyə hazırdır. "Mahmud Abbas və onun komandası gözəl bilirlər ki, terror infrastrukturu və terror təşkilatları ilə mübarizə hər zaman sülh danışıqları ilə paralel olaraq aparılıb", - İsrail XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

İsrail diplomatının rəyinə görə, Fələstin ərazilərinin iki anklava - İordan çayının Qərb sahilinə və Qəzza zolağına faktiki parçalanması şəraitində 2008-ci ildə Fələstin dövlətinin yaradılması şühbəli qalır. FƏTH-dəki "dünyəvi millətçilər"dən fərqli olaraq Fələstinin HƏMAS İslam Müqaviməti Hərəkatı radikal ekstremist mövqe tutur və əlbəttdə ki, danışıqların uğurla nəticələnməsində maraqlı deyil. Şapira hesab edir ki, HƏMAS doğrudan da həqiqi sülh istəyirsə, qruplaşma rəhbərliyi terror hərəkətlərini və İsrail vətəndaşlarına qarşı yönəlmiş raket atəşlərini dayandırmalı, İsrail dövlətini tanımalıdır.

Amerikalı ekspert Stiven Züns hesab edir ki, fələstinlilərçətin ki, müstəqil dövlətə razılaşacaq və İsrailin təhlükəsizliyi üçün zəmanət verə biləcək vəziyyətində olacaqlar.

"Yaşamağa qabil dövlət olmaq üçün Fələstin İsrail qoşunlarının demək olar ki, bütün Qərb sahilindən çıxarılmasını, Şərqi Qüdsün ərəblərin yaşadığı seqmentləri üzərində nəzarət, Qərb sahilinə birləşik ərazilərdən üstünlük təşkil edən İsrail əhalisinin çıxarılmasını, Qəzza zolağının blokadasının dayandırılmasını və su ehtiyatları üzərində nəzarət tələb edəcək", - San-Fransisko Universitetinin professoru Stiven Züns şənbə günü elektron poçtla Trend -a bildirib.

Züns İsrailin bütün bu meyarları indiyədək rədd etdiyini qeyd edib. Lakin, İsrail beynəxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının bir sıra Qətnaməsinə müvafiq olaraq, bunu etməlidir. "Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının təsirinin qarşısını almaq və İsraili beynəlxalq hüquq ödhəliklərinə riayət etməyə məcbur etməmək üçün özünün veto təhdidlərindən istifadə edir. Bundan əlavə, ABŞ İsrailə hərbi, diplomatik və maliyyə dəstəyi göstərir - birtərəfli qaydada İsrailə təzyiq göstərməkdən imtina edir. Buna görə, İsrailin, yaradıldığı halda yaşamağa qabil Fələstin dövlətini təmin etməyə hazır olacağını gözləmək üçün heç bir əsas yoxdur", - ekspert əlavə edib.

İsrailin Bar-İlan Universiteti nəzdindən Beqin Sadat strateji araşdırmalar Mərkəzinin politoloqu Mordexay Kedar, Pan Qi Munun 2008-ci ilin sonuna Fələstin dövlətinin yaradılması barədə fikirlərini arzu adlandırıb. "Fələstin dövlətinin yaradılması üçün bir sıra problemlər həll edilməlidir", - Mordexay cümə günü Trend -a bildirib.

Politoloq hesab edir ki, Qüdsün, fələstinli qaçqınların və yəhudilər üçün tikilən yeni yaşayış məntəqələrinin statusu həll edilmədikcə, Fələstin dövlətinin yaranmasından danışmaq yersizdir.

Məlumat hazırlananda Fələstin "İslami Cihad" təşkilatının və İsrail xarici işlər nazirinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Cümə axşamı Türkiyə mətbuatına açıqlama verən "İslami Cihad" təşkilatının lideri Xalid Batş bildirib ki, onlar Fələstinlə sülh danışıqlarının əleyhinə olsalar da, əldə oluna biləcək danışıqlara xələl yetirməyəcəklər.

"HƏMAS", İsrailin işğal etdiyi Fələstin ərazilərinin azad olunması məqsədilə,1987-ci ildə Qəzzədə Şeyx Əhməd Yasin tərəfindən yaradılıb. Təşkilat 2006 - cı ildə keçirilmiş parlament seçkilərində səs çoxluğu ilə qalib gəlib. Hal-hazırda Qəzzə şəhəri təşkilatın nəzarəti altındadır.

İordan çayının qərb sahili isə, 1956 -cı ildə Yasir Ərəfatın yaratdığı hakim "FƏTH" təşkilatının nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti