Azərbaycan, Şəki, 05 may / Trend , müxbir E.Quliyev/ ABŞ-ın Azərbaycandakı səfiri bildirib ki, ölkəsi Azərbaycanın zəngin tarixi miraslarının qorunmasında göstərdiyi səylərə dəstək verəcək. "Azərbaycanın mədəni sahədə olan əməkdaşlığı dövlətləri bir-birinə yaxın edir və insanlar arasında olan münasibətlərin yaxşı nümunəsidir" bazar ertəsi Qax rayonunda alban kilsəsinin açılışında çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.
ABŞ-ın maliyyə dəstəyi ilə paytaxt Bakıdan 432 kilometr şimal-qərbdə yerləşən Qax rayonunun Qum kəndində alban kilsəsi əsaslı təmir edilib. Kilsənin əsaslı təmirinə 30 min dollar xərclənib.
Dersi deyib ki, ABŞ Azərbaycanın mədəni-mübadilə proqramlarına həmişə dəstək verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]