YUNESKO-nun xoşməramlı səfirləri Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə layihələrini müzakirə edəcəklər. İTAR-TASS "ın verdiyi xəbərə görə, çərşənbə günü bu missiyanın həvalə olunduğu müxtəlif ölkələrin nümayəndələri Fransa paytaxtında illik müşavirəyə yekun vuracaqlar.
Dünya ictimaiyyətinin xüsusi elçiləri öz rusiyalı həmkarları Zurab Seretelinin məruzəsini nəzərdən keçirəcəklər. Rusiyanın Rəssamlıq Akademiyasının prezidenti gündəlikdə olan prioritet məsələlərin həllində dialoq və əməkdaşlığı mühüm şərt hesab edir. Akademiya rəhbəri xüsusilə də, təşkilatın köməyi ilə bir sıra iri rəsm sərgiləri və müasir incəsənət problemləri üzrə konfransların keçirilməsini təklif edir. O qeyd edib ki, Rusiya YUNESKO-nun məqsədlərini dəstəkləyir və bölüşür.
YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın bildirdiyinə görə, müxtəlif elm sahələrinin 40 görkəmli xadimi hazırda təşkilatın xoşməramlı səfiridirlər. Onlar öz istedad və nüfuzlarını təşkilat tərəfindən açıqlanan məqsədlərə həsr ediblər. Baş direktor müntəzəm olaraq səfirlərin sərf etdikləri "Saatların tutuşdurulması"nın vacibliyini qeyd edib.
Çərşənbə axşamı Təşkilatın baş qərargahında müşavirə iştirakçılarının şərəfinə təntənəli gecə təşkil olunub. Gecədə Azərbaycanın Uşaq xoru və simfonik orkestrı və Bakı xoreoqrafiya məktəbinin şagirdləri öz proqramlarını təqdim ediblər. Foyedə gənc rəssamların sərgisi açılıb. Respublikanın xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hamının diqqətini Azərbaycanın təhsil sahəsində inkişaf üzrə təcrübəsinə yönəldib. Gecə Mehriban Əliyevanın himayəsi altında təşkil olunub. Bu işdə yeni mərhələlər bu yaxınlarda YUNESKO-nun təşəbbüsü iləRespublika paytaxtında təşkil olunan beynəlxalq konfransda qeyd olunub.