...

Avropa İttifaqı Türkmənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasını alqışlayır

Siyasət Materials 3 İyun 2008 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir M.Əliyev/ Avropa İttifaqı Avropa İttifaqı Türkmənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasını alqışlayır.

"Biz Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun bir müddət əvvəl Azərbaycana səfərini alqışlayırıq",- Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çərşənbə axşamı Bakıda bildirib.

O qeyd edib ki, dünən Bakıda Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb və Türkmənistan başçısının bir müddət əvvəl ölkəyə səfərini müzakirə edib. "Düşünürəm ki, ölkələr arasında münasibətlərin yaxşılaşması Asiya regionundakı vəziyyətə müsbət təsir göstərəcək",- Semnebi bildirib.

Xəbər lenti

Xəbər lenti