...

Azərbaycan müxalifəti işə başlamadan 2008 -ci il seçkilərini bacarıqsızcasına uduzub – Sosial İşləmələr Fondunun prezidenti

Siyasət Materials 4 İyun 2008 18:19 (UTC +04:00)
Azərbaycan müxalifəti işə başlamadan 2008 -ci il seçkilərini bacarıqsızcasına uduzub – Sosial  İşləmələr Fondunun prezidenti

Rəşad Rzaquliyev, Sosial İşləmələr Fondu

Bir sıra müxalifət partiyaları nümayəndələrinin Milli Məclisin Azərbaycanın Seçki Məcəlləsinə qəbul etdiyi dəyişikliklər və əlavələrlə bağlı kəskin reaksiyası son dərəcə təəccüb doğurur. Mənin rəyimə görə, sənəd beynəlxalq standartlara tam cavab verir. Ən azından ona görə ki, dünya siyasi konyukturasının əsas postulatlarını qanuniləşdirir. Bu postulatlar isə, bayağılığadək sadədir - yüksək siyasi reytinqin olması, əhalinin nəzərəçarpacaq hissəsinin dəstəyi və müvafiq olaraq, maksimumadək "doldurulmuş" seçki fondunun olması - prezident seçkisi öncəsi yarışda uğurlu iştirak üçün ən yaxşı startqabağı meydança.

Seçki Məcəlləsində dəyişikliklərə əsasən, prezidentliyə namizədlərin seçki fondlarının vəsaitləri 1 milyondan 10 milyon manatadək artırılıb. Bu, 12 milyon dollardan çoxdur. Azərbaycan kimi dövlət üçün son dərəcə böyük məbləğdir.

Öz seçki fondunda bu dərəcədə iri məbləği toplamış və istənilən təbliğat forması üçün nəhəng imkanları olan siyasətçinin ödənişli televiziya, lap elə AzTV dövlət televiziyasında pulsuz reklama ehtiaycı yoxdur. Xüsusən də, dövlət tərəfindən İctimai telekanalda prezidentliyə namizədlər üçün pulsuz vaxt ayrılır.

Ölkənin Seçki Məcəlləsindən namizədlərin seçki imzaları əvəzinə pul depoziti vermələrinə dair bənd çıxarılıb. Pul depozitindən istifadə startqabağı prezident xəttinə kifayət qədər çəkiyə malik sosial qrupun maraqlarını təmsil edən siyasətçiləri çıxartmağa imkan verir. Eyni zamanda da, ekssentrik nuvorişlərin və ya qəsdən tutulmuş "siyasi-texnoloji fişkaların - birgünlüklərin" elektoral prosesdə iştirak imkanının qarşısını alır.

Dəyişikliklərə əsasən, prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri olan imzaların sayı 5 min azaldılıb. Bundan sonra zəruri imza sayı 45 min təşkil edir. Bu, seçicilərin ümumi sayının təqribən 1%-dir. Azərbaycan Respublikasının Prezidenti vəzifəsi ucrunda elektoral döyüş meydanına çıxan məşhur siyasətçiyə bu, "keyfiyyət əlaməti" və seçicilərin dəstək səviyyəsinə zəmanətdir. Və təbii ki, namizədin seçki fondunun "yüksək vəsait toplamasına" zəmanətdir. Müxalifət nümayəndələrinin seçki kampaniyası müddətinin 120 gündən 75 günədək azaldılmasına son dərəcə mənfi reaksiyası böyük təəccüb doğurur. Məntiqlə güman etmək olar ki, elektoral prosesin əhəmiyyətini anlayan ümummilli miqyaslı istənilən siyasətçi üçün vaxt proyeksiyasında kompakt seçki kampaniyası daha sərfəlidir. Ehtiyatlar sonsuz deyil və vaxtın uzanması fərdi seçkiqabağı yarışın keyfiyyətinin və səviyyəsinin azalmasına aparır.

Müxalifət xadimlərinin ölkənin Seçki Məcəlləsinə dəyişiklik və əlavələri "qeyri-demokratik" adlandırmalarının səbəbləri hamıya aydındır. Öz düşərgəsində qrupbazlıq, fitnələr və qalmaqallarla parçalanmış, əldən düşmüş Azərbaycan müxalifəti gün-gündən elektoral dəstəyi və cəmiyətin hörmətini itirir. Azərbaycanın müxalifət partiyaları və onların liderləri bu günmüasir səviyyəli seçkiqabağı kampaniyanın aparılmasına, sadəcə, qadir deyillər. Prezident kampaniyasında "kütləvi axının" , hamılıqla start mövqeyinə çıxmağın mümkün olmayacağını anlamaq, müxalifət eksiztensiyaları üçün böhran vəziyyətdən ağrısız çıxış variantlarını axtarmağa məcbur edir. Belə manevr üçün meydan nəhəngdir - hakimiyyətin "qeyri-demokratiklik və tiraniada"da ittiham edilməsindən, qarşıdakı elektoral silsilənin boykot edilməsinədək. İstənilən halda görünür ki, müxalifət işə başlamadan 2008-ci il seçkilərini bacarıqsızcasına uduzub.

Trend : Müəllifin rəyi Trend İnformasiya Agentliyinin rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti