...

Azərbaycan və Polşa gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər – səfir

Siyasət Materials 13 İyun 2008 14:09 (UTC +04:00)
Azərbaycan və Polşa gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər – səfir

Azərbaycan, Bakı, 13 iyun / Trend , S.Ağayeva/ Azərbaycan və Polşa gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər. Hər iki ölkə enerji və təhlükəsizlik sahəsində çoxtərəfli formatda, həmçinin ikitərəfli qaydada əməkdaşlığı genişləndirəcək.

Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevin cümə günü telefonla Varşavadan Trend -a verdiyi məlumata görə, iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Radoslav Sikorski Azərbaycan XİN başçısının bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan danışıqlar zamanı belə bir razılığa gəliblər.

Görüş zamanı nazirlər Azərbaycanın gələcəkdə Avrostrukturlara inteqrasiyası prosesində Polşanın yardım göstərməsi, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yolları, həmçinin GUAM çərçivəsində əməkdaşlıq üzrə məsələləri müzakirə ediblər.

Azərbaycanın XİN başçısı cümə günü Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski və Polşa prezidenti Lex Kaçinski ilə görüşməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti