...

Azərbaycan Xəzərdə hərbi potensialının gücləndirilməsinə tələsməlidir - ekspertlər

Siyasət Materials 13 İyun 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir S.Ağayeva / Ekspertlər hesab edirlər ki, Azərbaycan Xəzərdə təhlükəsizliyini təmin etmək üçün hərbi potensialının gücləndirilməsinə tələsməlidir.

Müstəqil hərbi ekspert Ələkbər Məmmədov hesab edir ki, xaricin dəstəyi ilə Azərbaycan digər Xəzəryanı ölkələrlə birlikdə - Qazaxıstan və Türkmənistan - su sərhədlərinin gücləndirilməsi üçün Xəzərdə hərbi gücünü q üvvətləndirə bilər.

Ekspert cümə günü Trend -a bildirib ki, Qərbə və NATO-ya inteqrasiya prioritetini seçən Azərbaycanın başlıca məsələlərindən biri Xəzərdə hərbi gücün qüvvətləndirilməsi olmalıdır. "Azərbaycanın Xəzərdə zəngin enerji resursları var və onların təhlükəsizliyini təmin etmək üçün ölkənin güclü hərbi donnanması olmalıdır", - deyə Məmmədov hesab edir.

Keçmiş sovet respublikaları arasında yalnız Azərbaycanın Xəzərdə hərbi-dəniz qüvvələri var. Azərbaycanın müstəqil hərbi eksperti Üzeyir Cəfərov hesab edir ki, bu qüvvələrin təkmilləşdirilməsi və gücləndirilməsində Azərbaycan NATO və Alyansın digər üzvləri ilə daha fəal əməkdaşlıq etməlidir.

"Bu gün ABŞ-ın hərbi-dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində Azərbaycana göstərdiyi yardım - ölkəyə böyük dəstəkdir. Azərbaycan əldə etdikləri ilə kifayətlənməməli, Xəzərin hərbiləşdirilməsinə qarşı çıxan Rusiya və İranın reaksiyasından çəkinməyərək, əməkdaşlığı genişləndirməlidir", - deyə Cəfərov bildirib.

Ekspert hesab edir ki, Azərbaycan bu məsələdə, ABŞ-ın dəstəyi ilə, Xəzərin ona məxsus sahəsində hərbi qüvvələrinin gücləndirilməsinə başlayacaq Qazaxıstanın yardımından istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti