...

Rusiya növbəti dəfə təcrid vəziyyətinə düşüb – Gürcüstan XİN-in bəyanatı

Siyasət Materials 13 İyun 2008 18:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 iyun/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər nazirliyi bəyan edir ki, Rusiya növbəti dəfə beynəlxalq təcridlə üzləşib. ATƏT-in Daimi Şurasının İclasında Rusiya Federasiyası aprelin 20-də hava hücumları ilə bağlı müvafiq izahat təqdim edə bilməyib. Bu barədə Gürcüstan XİN-in cümə günü yayılan bəyanatında bildirilir.

Bəyanatda deyilir: "2008-ci il iyunun 11-də Vyanada Təlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Forumu və ATƏT-in Daimi Şurasının Rusiyanın hərbi qırıcısı tərəfindən Gürcüstanın hava məkanında pilotsuz təyyarənin məhv edilməsi faktına həsr olunmuş birgə iclası keçirilib. Görüş Gürcüstanın 2008-ci il mayın 28-də ATƏT çərçivəsində istifadə etdiyi 1999-cu il tarixli Vyana sənədinin üçüncü fəslində qeyd olunmuş prosedurlar çərçivəsində keçib. Bu mexnizm ATƏT-ə üzv ölkənin digər üzv dövlətdən rəsmi izahat tələb etmək və ikinci dövlətin qeyri-adi hərbi xarakterli hərəkətləri birinciyə təhlükə yaradarsa, məsələni ATƏT-in ümumi müzakirəsinə çıxarmaq hüququnu nəzərdə tutur.

Gürcüstanın ATƏT-dəki səfiri Viktor Dolidze birgə iclasda çıxış edərək, ATƏT üzvlərini aprelin 20-də baş vermiş hadisənin təfərrüatı ilə bir daha tanış edib və Rusiya Federasiyasından izahat tələb edib. Bu məsələ ilə əlaqədar Gürcüstanın daxili işlər nazirinin müavini Yekaterina Zquladze və Gürcüstan HHQ-nin komandanı David Nairaşvili çıxış ediblər.

Rusiya Federasiyası hərbi-hava hücumu ilə bağlı izahat təqdim edə bilməyib. Rusiya nümayəndə heyəti kifayət qədər zəif arqumentlər gətirib ki, guya Rusiya Federasiyasına müvafiq videomateriallar və radar məlumatları verilməyib və müvafiq olaraq, o, öz rəyini formalaşdıra bilməyib. Gürcüstan tərəfinin adları çəkilən materialları aprelin 23-də rəsmi şəkildə BMT Təhlükəsizlik Şurasının üzvlərinə, o cümlədən Rusiyaya təqdim etməsi nəzərə alınmaqla, belə izahat nə Gürcüstanı, nə də beynəlxalq ictimaiyyəti qane etməyib. Bununla yanaşı, Gürcüstan eyni gündə radar məlumatlarının mübadiləsi ilə bağlı rəsmi nota ilə Rusiya tərəfinə müraciət edib. Lakin bu günədək müraciətə cavab alınmayıb.

Rusiya öz bəyanatı ilə faktiki olaraq BMT-nin Gürcüstandakı müşahidəçilər missiyasının dərc etdiyi hesabata etibar etmədiyini göstərib. Qeyd etmək lazımdır ki, Rusiya Əməkdaşlıq və Təhlükəsizlik Məsələləri üzrə Forumda edilən müxtəlif bəyanatlarla ATƏT-in nümayəndə heyətlərini qiymətləndirmədən çəkinməyə və UNOMİG-in qərarını gözləməyə çağırıb.

Görüş göstərib ki, beynəlxalq ictimaiyyət, birmənalı olaraq, Rusiya Federasiyasının Abxaziyadakı hərəkətlərini pisləyir və aprelin 20-də Gürcüstanın pilotsuz aparatını məhz Rusiya təyyarəsinin vurmasına dair BMT müşahidəçilər missiyasının və beynəlxalq ekspertlərin yekun qərarını paylaşır. Nümayəndə heyətləri Gürcüstan prezidenti Mixail Saakaşvilinin Abxaziya münaqişəsinin həlli üzrə dinc təşəbbüslərini də dəstəkləyiblər.

Xəbər lenti

Xəbər lenti