Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir M.Əliyev/ World Public Opinion dünya liderlərinin reytinqini müəyyən etmək məqsədilə sorğu aparıb. Sorğunun nəticələrinə əsasən, Azərbaycan prezidenti İlham Əliyev Avrasiya və Yaxın Şərq regionunun lideri adlandırılıb.
Sorğunun yekunları üzrə dünya liderləri reytinqində birinci yeri BMT Baş katibi Pan Qi Mun, sonuncu yeri Pakistan prezdenti Pərviz Müşərrəf tutub.
Pan Qi Mun 35% səslə birinci , Rusiyanın Baş naziri Vladimir Putin ikinci yeri tutub (32%). Üçüncü yerdə Böyük Britaniyanın Baş naziri Qordon Braundur (30%). Onun ardınca ÇXR-in sədri Xu Tsintao (28%), Fransa prezidenti Nikolya Sarkozi (26%), ABŞ prezidenti Corc Buş (23%) və İran prezidenti Mahmud Əhmədinejad (22%) gəlir. Sonuncu yerdə 18 faizlə Pakistan prezidenti Pərviz Müşərrəf qərarlaşıb.
Avrasiya və Yaxın Şərq regionu liderləri arasında Azərbaycan prezidenti ilə yanaşı, Səudiyyə Ərəbistanı Kralının, Türkiyənin Baş naziri, İraqın Baş naziri, Misir və Suriya prezidentləri, Fələstin Milli Muxtariyyətinin və "Hizbullah"ın Baş katibinin adları çəkilib.
Ukrayna, Polşa, İspaniya prezidentləri, Almaniya Kansleri və Avropa Komissiyasının prezidenti Avropanın liderləri adlandırılıblar.
WorldPublicOpinion sorğunu 20 ölkədə, 19571 nəfər arasında aparıb. Bu ölkələrdə dünya əhalisinin 60% - i yaşayır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]