...

Prezident İlham Əliyev sabah Azərbaycanın əsas inkişaf inteqratoru olacaq nəsil barədə düşünür – Prezident Administrasiyasının rəhbəri

Siyasət Materials 18 İyun 2008 20:06 (UTC +04:00)
Prezident İlham Əliyev sabah Azərbaycanın əsas inkişaf inteqratoru olacaq nəsil barədə düşünür – Prezident Administrasiyasının rəhbəri

Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehliyevin "Gündəlik dəyişilməz qalacaq: MÜASİRLƏŞDİRMƏ YOLU" məqaləsindən rəy

İstənilən cəmiyyətdə daxili qarşılıqlı münasibətlər, hər şeydən əvvəl, nəsillərin dialoqundan ibarətdir. Bu dialoqda bir tərəf nəyisə göstərmək və sübut etmək istəyir, digər tərəf isə, bütün bunları bir az şövq və müəyyən şübhə ilə qəbul edir. Bu həyati aksioma həmişə olub və bundan sonra da bəşəriyyətin daha səmərəli gələcəyə doğru hərəkətinin tarixi prosesləri ilə eyniləşdiriləcək. O, tarix boyu dəyişmədən xalqları və dövlətləri müşayiət edən cəmiyyət daxili əlaqələr kompleksini simvolizə edir.

Belə ki, fərd tarixi keçmiş kontekstində yeni sosial mədəni nümunələrə və bəzən dinlərə müqavimət göstərirdisə, hər şeydən əvvəl, elmə üstünlük verirdisə, məsələn, Avropada İslahat və İntibah dövründə olduğu kimi, indi yeni qlobal proseslər şəraitində o, sürətli dəyişikliklər, yeniliklər və innovasiyaların inteqratoru olur, arxaizmi doğuran hər şeyi kökündən kəsir.

Bu gün insan sabahın tərəqqipərvər, rasional və adətən, tez ötub keçən gündəliyini formalaşdıran əsas element kimi çıxış edir.

Yer kürəsini əhatə edən hər şeyi bağışlayan və hər şeyə üstün gələn inteqrasiya prosesləri, insanlar tərəfindən ünsiyyət və əxlaq normalarının yeni formaları, sosial gerçəkliyi və cəmiyyətin şəklini dəyişən, kütləvi mədəni tələbatı transformasiya edən streotiplərin yaradılmasına gizli təsir göstərir. Əvvəllər təbii və adi görünən şeylər, "Qlobal kənd", "Elektron kottec", "Bazar ünsürü sonsuzluğu" və "Planet xaosu təhlükəsi" şəraitində köhnəlmiş və şəklini dəyişmiş kimi görünür.

Hələ bu yaxınlarda, hardasa 20 il bundan öncə, Sovet İttifaqının dağılma prosesi başa çatdığı zaman, bizim üçün 10 ildən sonra dünyanın bütünlüklə informasiya texnologiyaları ilə idarə olunacağını təsəvvür etmək çətin idi. Bəşəriyyətin trasparant maliyyə sərhdləri dövrünə tərəqqisi, kapitalın irəliləməsi üçün maneələrin olmaması, geosiyasi və geoiqtisadi mühitin dəyişməsi bu yaxınlarda mövcud perspektivlərdən tamamilə fərqlənən yeni inkişaf perspektivləri açdı. Məhz onlar yeni nəslin dünyaya münasibətini formalaşdırmağa başladı.

Məhz "üçüncü dalğa" nəsli ən mühüm və məsuliyyətli qərarlar qəbul etməli olacaq və bu qərarlardan bizim dövlət və cəmiyyətimizin taleyi asılı olacaq. Buna görə, prezident İlham Əliyev XXI əsrin əvvəllərində dövlət siyasəti strategiyasını formalaşdırarkən, sabah Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının əsas inteqratoru olacaq nəsil barədə düşünür. Çünki bu nəslin stabil, təhlükəsiz və rahat inkişafı qarşıda duran fəaliyyət və layihələrdən asılıdır.

Siyasi elita həmişə, dövlətin məqsədlərini proqnozlaşdırarkən bunu bu gün cəmiyyətin ən fəal sosial qruplarından birini təmsil edənlərlə əlaqələndirir. Statistikaya görə, bu gün ölkədə gənclər 8 mln. 600 minlik əhalinin 31 faizini təşkil edir. Bunlar məktəblilər, tələblər, orta biznes nümayəndələri, top-menecerlər, uğurlu idarəçilərdir. Təbiidir ki, onların arasında öz həyat yollarını hələ müəyyən etməyənlər də var. Ümumilikdə bu insanlar Azərbaycan dövlətinin sosial gerçəkliklərinin mikro və makro mühitini daim formalaşdırırlar.

Azərbaycan xalqının yaşadığı tarixi proseslərdə gənclər həmişə mühüm bənd olublar. 1988-1990-cı illərdə xalq hərəkatı dövründə Azərbaycan gənci M.S.Qorbaçovun xain siyasətinə qarşı duranların ilk sıralarında qərarlaşmışdılar. 1990-cı ilin yanvarında on minlərlə gənc dövlət səviyyəsində Dağlıq Qarabağı Azərbaycandan almaq və onu Ermənistana vermək cəhdlərinə, SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı aparılan haqsız və qabaqcadan düşünülmüş siyasətinə etiraz əlaməti olaraq, Bakının küçə və meydanlarına çıxdı. Buna cəza olaraq Qorbaçovun göstərişi ilə, əsasən, ermənilərdən təşkil olunmuş Sovet ordusu tərəfindən görünməmiş amansızlıqla 137 nəfər öldürüldü və yüzlərlə günahsız insan yaralandı. Onlar, əsasən, məktəblilər, tələbələr, müxtəlif peşələrin gənc nümayəndələri idilər.

Hazırda torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuş dövlətin ərazilərini müdafiə edərək, onlarla gənc ilk Milli Qəhrəmanlar oldular. Minlərlə Azərbaycan gənci ölkə torpaqlarını erməni təcavüzündən müdafiə edərək, onun hər bir qarışı uğrunda qəhramancasına mübarizə apardı. Onlar İkinci Dünya Müharibəsi illərində nasizmə qarşı mübarizə aparan babalarının qəhramanlıqlarını xatırladılar. 1994-cü il oktyabr günlərində və 1995-ci il mart gecəsində məhz Azərbaycan gənclərinin nümayəndələri ilk olaraq dövlətin suverenliyi uğrunda mübarizəyə qalxdılar və dövləti oyuncağa, yad əllərdə sözə baxan alətə çevirməyə ümid bəsləyən bəzi xarici qüvvələrə qarşı çıxdılar.

Hətta tarixi analogiya həmişə eyni olmasa belə, onlarda olduqca tez-tez bənzətmə üçün ideal olur. Və hər dəfə bu ideal dəyişilməz həqiqəti ifadə edib - Azərbaycan gənci dövlətin dirəyi olub və həmişə də belə olacaq.

Bu məqalə vasitəsilə mən bu gün hər bir Azərbaycan vətəndaşını və təbii ki, Azərbaycan gəncini narahat edən bir sıra məsələlərə toxunmağa çalışacağam. Mən belə danışıqların məsuliyyətini dərindən dərk edirəm, çünki intellektual cəhətdən hazırlıqlı kütlə qarşısında danışmaq lazım gələcək. Bundan əlavə, mən əminəm ki, çəkinmədən açıq danışmağın vaxtı gəlib çatıb, hətta bu, kütləvi informasiya vasitələri ilə olsa belə. Dərk etmək lazımdır ki, biz məsuliyyətli qərarlar və həyati əhəmiyyətli dəyişikliklər dövründə yaşayırıq. Cəmiyyət qarşısında duran çətin vəzifələrin həllində uğurun əldə edilməsi hər bir gəncin səmərəli dövlətçiliyin qurulması prosesinə necə və hansı formada cəlb olunmasından asılıdır. Axı biz "siyasi cəngəllik" dünyasında özümüzü gələcəkdən Çin səddi ilə ayıra bilmərik.

Xəbər lenti

Xəbər lenti