...

ABŞ-ın Azərbaycandakı səfirliyi başqa binaya köçə bilər

Siyasət Materials 23 İyun 2008 12:54 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi başqa binaya köçə bilər

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir M.Əliyev / ABŞ-ın Azərbaycandakı səfirliyi təhlükəsizliyin təmin olunması və əməkdaşların sayının artması ilə əlaqədər olaraq başqa binaya köçə bilər. Bu barədə bazar ertəsi səfirliyin İctimai əlaqələr şöbəsinin rəhbəri Conatan Henik Trend -a bildirib.

"ABŞ səfirliyi binanın tikintisi üçün yeni torpaq sahəsi axtarır. ABŞ Azərbaycanda öz fəaliyyətini genişləndirir, məhz buna görə səfirlik işçilərinın sayı artır", - deyə o bildirib.

Bu gün ABŞ Dövlət Departamenti "Amerika səfirliklərinin mühafizəsi üzrə 4 mlrd. dollar dəyərində proqramın ABŞ səfirliklərinin təhlükəsizliyini tam təmin etməməsi" barədə informasiya yayıb. "Ən azı150 xarici diplomatik missiya, o cümlədən Azərbaycandakı diplomatik missiya təhlükəsizlik standartlarına cavab vermir. Ən zəif yerlərlə bağlı problemləri həll etmək üçün 8 mlrd. dollardan çox vəsait tələb olunur", - deyə məlumatda bildirilir.

"Hazırda ABŞ səfirliyinin binası heç də ideal deyil, lakin qeyd etməliyik ki, Azərbaycanın güc strukturları ABŞ-ın diplomatik missiyası ilə sıx əməkdaşlıq edərək binanın təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni edir",- deyə Henik qeyd edib.

Amerika səfirliklərinin təhlükəsizliyini təmin etmək üzrə proqram təxminən 10 il əvvəl Keniya və Tanzaniyada Amerika səfirliklərinə hücum zamanı 231 nəfərin ölümündən sonra fəaliyyətə başlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti