...

Avropa Şurası baş katibi Terri Devisin Bakıya səfəri gözlənilir

Siyasət Materials 24 İyun 2008 00:09 (UTC +04:00)
Avropa Şurası baş katibi Terri Devisin Bakıya səfəri gözlənilir

Fransa, Strasburq, 23 iyun / Trend müxbir A.Məhərrəmli/ Avropa Şurasının baş katibi Terri Devisin Bakıya səfəri gözlənilir. AŞ baş katibi cari ilin dekabr ayında Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoq" mövzusunda konfransa dəvət edilib. Bu barədə Terri Dnvis eksklüziv olaraq Trend un müxbirinə deyib.

"Azərbaycana səfərim ilə əlaqədə qərar sentyabr ayında qəbul olunacaq. Məni Azərbaycana gəlmək çox sevindirir. Mən əvvəllərdə sizin ölkədə olmuşam", - deyə T.Devis qeyd etdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti