...

ABŞ Azərbaycandakı prezident seçkisi ilə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətindədir

Siyasət Materials 25 İyun 2008 15:58 (UTC +04:00)
ABŞ Azərbaycandakı prezident seçkisi ilə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətindədir

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.Babayev/ ABŞ Azərbaycanın dostu kimi, bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır. Trend -un məlumatına görə, bunu çərşənbə günü ABŞ -ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Dersi Mərkəzi Seçki Komissiyasında (MSK) , bu qurumun sədri Məzahir Pənahovla görüşdə deyib.

Trend -un arayışı: Azərbaycanda oktyabrın 15-də prezident seçkisi keçiriləcək. ABŞ bu seçkilərə 3 milyon dollar vəsait xərcləyəcəyini açıqlayıb. Vəsait ayrı-ayrı QHT-nin xəttilə maarifləndirmə işlərinə sərf olunacaq.

Səfir təmsil etdiyi dövlətin seçkilərlə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətində olduğunu bildirib. O. qeyd edib ki, seçkilərin azad və ədalətli, demokratik keçirilməsi həmin ölkədə demokratiyanın göstəricisi hesab edilir. MSK-nın seçkilərə hazırlıqla bağlı gördüyü işləri izlədiyini bildirən xanım Ders bildrib ki, MSK-nın aşağı seçki komissiyaları üçün həyata keçiridiyi maarifləndirmə proqramları və seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində gördüyü işlər təqdirəlayiqdir. O, MSK-nın seçkilərə hazılrlıqla bağlı planları ilə də maraqlanmışdır.

Pənahov isə, Azərbaycanın strateji tərəfdaşı olan ABŞ -ın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib və ölkədə demokratiyanın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb. MSK sədri prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və Azərbaycan vətəndaşlarının seçki hüquqlarıının tam təmin olunacağını söyləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti