...

Rusiya-Azərbaycan əlaqələri kifayət qədər əhatəlidir - İlham Əliyev

Siyasət Materials 3 İyul 2008 22:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul / Trend müxbir A.Əliyev/ їRusiya prezidenti Dmitri Medvedeyevin Azərbaycan ilk rəsmi səfəri ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edirї. Bunu prezident İlham Əliyev iyulun 3-də їGülüstanї sarayında Rusiya prezidenti Dmitri Medvedyevin şərəfinə verdiyi ziyafətdə deyib. Dövlət başçısı qeyd edib ki, ölkələrimiz arasında strateji tərəfdaşılıq münasibətləri var və yüksək səviyyədə olan qarşılıqlı səfərlər bu əlaqələrə yeni impuls verir. їSovet İttifaqınını dağılmasından sonra münasibətlərimiz yeni və daha aktiv mərhələyə daxil olub. Bizim əlaqələrimiz kifayət qədər əhatəlidirї deyən İlham Əliyev regional əməkdaşlıq, enerji təhlükəsizliyi, birgə layihələrin icrası, mal dövriyyəsinin artırılması, nəqliyyat, təhsil, humanitar sahələrdə ölkələrimiz arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayib.

Prezident İlham Əliyev onu da bildirib ki, Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır. їÖlkəmizdə rus dilinə, rus mədəniyyətinə böyük hörmətlə yanaşılır. Ruslar Azərbaycanda özlərini bir ailənin üzvləri kimi hiss edirї -  deyə o qeyd edib.

Öz növbəsində Rusiya prezidenti Dmitri Medvedyev səfərinin nəticələrindən razı qaldığını deyib. Bildirib ki, danışıqlar zamanı gələcək əməkdaşlıq baxımından faydalı müzakirələr aparılıb. Yeni layihələrin icrası isə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrini daha da dərinləşdirəcək.

Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərini xatırlayan Dmitri Medvedev bu gün bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Azərbaycanda rus dilinə verilən diqqətdən, rus icmasına yaradılan şəraitdən məmnun qaldığını deyən dövlət başçısı Bakıda aparılan danışqların ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını deyib.

Xəbər lenti

Xəbər lenti