...

Tbilisi və Sxinvali arasında baş verən insident hərbi münaqişəyə səbəb olmamalıdır - ABŞ dövlət katibi köməkçisinin müavini

Siyasət Materials 5 İyul 2008 14:17 (UTC +04:00)
Tbilisi və Sxinvali arasında baş verən insident hərbi münaqişəyə səbəb olmamalıdır - ABŞ dövlət katibi köməkçisinin müavini

Azərbaycan, Bakı, 05 iyul/ Trend , A.Qasımova/ Vaşinqton Tbilisi və Sxinvalini təxribatlara uymamağa və gələcək hərbi qarşıdurmaya getməməyə çağırıb. Bu faciəli nəticələrə gətirib çıxara bilər."Cənubi Osetiayda baş verən dünənki zorakılıq tərəfləri silahlı münaqişəyə sövq etməməlidir", şənbə günü Trend -a ABŞ dövlət katibi köməkçisinin müavini Metyu Brayza deyib.

Çümə gününə keçən gecə Gürcüstan-Cənubi Osetiya mövqelərinin Zanur, Sxinvali rayonlarındakı və Sxinvalidəki təmas xəttində iki nəfər öldürülüb, on nəfərə yaxın yaralanıb. Gürcüstan öz növbəsində Cənubi Osetiyanı Sixinvali yaxınlığında yerləşən gürcü kəndlərini atəşə tutmaqda təqsirləndirib.

Brayzanın sözlərinə görə, Cənubi Osetiya müvəqqəti hökumətinin başçısı Dmitri Sanakoyevə edilən sui-qəsd "bəzi qüvvələrin Gürcüstanda vəziyyəti qeyri-sabit etmək üçün bütün vasitələrdən istifadə etməsini göstərir". "Bu cür əməllər ehtiyatsızdır və hər iki tərəf üçün faciəli ola bilər", - Brayza deyib.

Gürcüstan tərəfi bildirir ki, çümə axşamı Batumiyə beynəlxalq konfransa gedən Cənubi Osetiya müvəqqəti hökumətinin başçısı Sanakoyevin avtomobili minaya düşüb və maşın yaxın kəndlərdən atəşə tutulub. Mühafizə dəstəsi cavab atəşi açıb. Atışma bir neç dəqiqə davam edib. Üç mühafizə əməkdaşı Qoridəki xəstəxanaya çatdırılıb. Sanakoyev zərər çəkməyib.

"Biz bütün tərəfləri zorakılığa yol verməməyə və xarici  qüvvələri təhlükəli təxribatlarını dayandırmağa çağırırıq", - Brayza əlavə edib.

SSRİ dağıldıqdan sonra Gürcüstan tərkibində muxtariyyət statusu olan Abxaziya və Cənubi Osetiya müstəqilliklərini bəyan ediblər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarəti itirməsi ilə nəticələnən silahlı münaqişədən sonra, müvəffəqiyyətsiz sülh danışıqları aparılır. Tbilisi onlara Gürcüstan tərkibində geniş mextariyyət təklif edir. Lakin bu, separatçıları qane etmir.

Xəbər lenti

Xəbər lenti