...

Millətin intellektual bazisinin möhkəmlənməsi Azərbaycanın yeni qlobal mühitdə rəqabət qabiliyyətini müəyyən edir və gələcək strategiyanı formalaşdırır - Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru

Siyasət Materials 8 İyul 2008 10:30 (UTC +04:00)
Millətin intellektual bazisinin möhkəmlənməsi Azərbaycanın yeni qlobal mühitdə rəqabət qabiliyyətini müəyyən edir və gələcək strategiyanı formalaşdırır - Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru

Azərbaycan, Bakı, 08 iyul/ Trend , müxbir S.Ağayeva/ Trend -un Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyevlə müsahibəsi

- Azərbaycanın mövqeyi və dünya ictimaiyyətinə ölkəmiz haqqında reallıqların çatdırılması baxımından, bu yaxınlarda Londonda Britaniya Qeyri-Hökumət Təşkilatı LİNKS-in dəstəyi ilə keçirilən beynəlxalq konfransı nə dərəcədə müvəffəqiyyətli hesab etmək olar? Daha çox hansı məsələlər auditoriyanın marağına səbəb olub?

- Qeyd edim ki, bizim Strateji Araşdırmalar Mərkəzinin Britaniyanın Qeyri-Hökumət Təşkilatı LİNKS və Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (BSAİ) ilə sıx əməkdaşlıqda keçirdiyi London konfransı çox maraqlı və müvəffəqiyyətli bir layihədir. Sevindirici haldır ki, konfrans təkcə analitik struktur olmayan, hər şeydən əvvəl, dövlət xadimləri, siyasətçilər, diplomatlar, alimlər, hərbçilər, jurnalistlər və Qərbin digər elitar işgüzar dairələri üçün beynəlxalq strateji məsələlər üzrə dəqiq və obyektiv informasiya mənbəsi olan BSAİ-nin qərargahında keçirilib.

Son dərəcə yüksək səviyyədə keçən tədbirdə mütəxəssislər çıxış ediblər və onların çıxışları konfrans iştirakçılarını çox razı salıb. Nümayəndə heyətimizin üzvləri sırasına daxil olan Elnur Aslanov (Azərbaycan Prezident aparatının şöbə müdiri), mən, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru kimi, Azər Əmiraslanov (Milli Məclisin deputatı), Şahmar Mövsümov (Dövlət Neft Fonduun başçısı) və Tural Kərimov (insan hüquqları üzrə Qeyri-Hökumət Fondunun sədri) Britaniyalı həmkarlarına ölkəmizə dair ciddi analitikanı milli maraqlar üçün lazımi formatda təqdim etdilər. Biz həmkarlarımızı maraqlandıran - Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın geostrateji rolu və dövlətimiz qarşısında duran mümkün iqtisadi, siyasi və xarici siyasət çağırışlarına dair bütün suallara cavab verə bildik

Konfransın dörd sessiyasında çoxlu fikir mübadiləsiaparıldı. Auditoriyanı Azərbaycanın müasir geosiyasəti və onun Cənubi Qafqazada, Xəzər dənizi hövzəsində və Qara Dəniz regionunda geostrateji əhəmiyyətinə dair məsələlər daha çox maralandırırdı. Eyni zamanda, müzakirələrdə əsas yeri Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi problemi və ölkənin xarici siyasətinin çoxvektorluluğu, onun gələcək demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi tutub. Bir sözlə, Londonda Azərbaycan və Avropa mütəxəssisləri arasında yüksək peşəkar səviyyəli intellektual dialoq keçirildi.

- Sirr deyil ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas oyunçulardan hesab edilir. Sizin fikrinizcə, Azərbaycan Aİ ölkələrininə enerji təminatında hansı rolu oynayacaq?

- Müasir dünyadaAzərbaycanı enerji potensialına və enerji strategiyasına maraq getdikcə artır və London konfransı bunu bir daha təsdiq edir. Bu mövzu üzrə müzakirələrdə Böyük Britaniyanın Lordlar Palatasının ən qocaman üzvü lord Dabs (Lord Dubbs), Böyük Britaniya departamentinin biznes və sahibkarklıq üzrə rəsmi nümayəndəsi Riçard Mariott (Richard Marriott), British Gaz transmilli şirkətinin aparıcı mütəxəssisi Mehmet Oqutçu (Mehmet Ogutcu) iştirak ediblər. Britaniyalı ekspertlər öz çıxışlarında Azərbaycanın bu gün təkcə Cənubi Qafqazda və Xəzər Dənizi hövzəsində geosiyasi əhəmiyyətə malik olmasını, həmçinin, Avropa İttifaqı və ümumilikdə Avropanın enerji təhlükəsizliyi üçün böyük geoiqtisadi imkana malik olması faktını nəzərə çatdırıblar. Konfransda Transmilli Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft boru kəmərləri layihələrinin Azərbayacanın regional səhnədə xarici siyasət mövqelərinin möhkəmləndirməsində əhəmiyyətli rolunu və Cənubi Qafqazın qabaqcıl ölkəsinə çevrildiyi qeyd edilib. Britaniya analitiklərinin fikrincə, Azərbaycan İlham Əliyevin başçılığı altında təkcə geosiyasi əhəmiyyətli miqyaslı layihələri həyata keçirmir, həmçinin, regionda əlverişli sərmayə iqlimini formalaşdırır.

Azərbaycanın iqtisadi sisteminin sürətli islahatı daha böyük marağa səbəb oldu. Londonda yığışan məşhur Avropa iqtisadçıları, xüsusilə də "Economist Intelligence Unit" araşdırma mərkəzinin və jurnalının rəhbəri Nikolas Redman (Nicholas Redman), Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı mütəxəssisi Pol Henri Forester (Paul Henri Forestier) və Citigroup beynəlxalq şirkətinin baş mütəxəssisi Emre Timurkan (Emre Timurkan) müvəffəqiyyətli iqtisadi islahatlar siyasətindən, Azərbayacnın neft - qaz sektorunda güclü potensialın diversifikasiyasından və həyata keçirilməsindən danışıblar. Azərbaycanın iqtisadi nöqteyi - nəzərdən sürətli inkişafı və ölkə rəhbərliyinin respublikanın iqtisadi modernləşdirmə baxımından geniş strateji mövqeyi qeyd edilib.

- Konfrasda müzakirə olunan məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub. Avropa bu dondurulmuş münaqişənin həllinə nə kimi köməklik göstərə bilər?

- Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması problemi Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya və Avrasiya üzrə Proqramının direktoru Oksana Antonenkonun (Oksana Antonenko) sədrliyi altında keçən və Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsinə həsr olunvn dördüncü sessiyada geniş müzakirələrin diqqət mərkəzində idi. Mənim ətraflı məruzəmdən sonra sessiyada LINKS -in icraçı direktoru Dennis Sammut (Dennis Sammut), NATO Parlament Assambleyasının keçmiş Baş katibi Saymon Lann (Simon Lunn) və Londonun iqtisadi və siyasi elmlər məktəbinin professoru Roy Allison (Roy Allison) çıxış etdi.

Çıxışımda ölkə rəhbərinin xarici siyasi kursu barədə danışdım və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mümkün yolların axtarışı problemlərinə toxundum. Əsas diqqət Azərbaycanın balanslaşdrılmış, proqramlaşdırılmış və çoxvektorlu xarici siyasətinə ayrılmışdı. Ölkəmizin çoxvektorlu xarici siyasətinin əsas üstünlüyü kimi, onun hər bir tərəfin öz təşəbbüsünü nümayiş etdirməsinə meydan yaradan geniş perspektivləri qeyd olunub. Məhz buna görə Azərbaycan Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqı ilə dostluq münasibətlərini inkişaf etdirir və dövlətin stabil və təhlükəsiz inkişafını təmin etmək məqsədilə dünya quruluşunun dəyişkən arxitekturasında fəal mövqe tutur. Çıxış edən britaniyalı ekspertlər, öz növbəsində, balanslaşdırılmış siyasətin aparılması nəticəsində əldə olunan Azərbaycan xarici siyasətinin uğurlarını yüksək qiymətləndirblər. Avropalı analitiklərin rəyinə görə, Azərbaycan ölkənin milli maraqlarının müdafiəsinə əsaslanan müstəqil kursunu inamla həyata keçirir.

Münaqişə probleminin müzakirəsinə keçərkən qeyd olunub ki, Azərbaycan onu sülh yolu iləhəll etməyə səy göstərir, lakin eyni zamanda ölkənin istənilən an işğalolunmuş ərazilərini azad etmək üçün gücüsulları tətbiq etməyə haqqı var. Azərbaycanın mövqeyi dəstəklənib, bundan əlavə, britaniyalı mütəxəssislər ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyini kəskin tənqid ediblər. Ekspertlərin ümumi rəyinə görə, Minsk Qrupu həmsədrləri uzun müddət ərzində vasitəçilik fəaliyyətlərində sağlam praqmatizmin olmaması səbəbindən, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində əhəmiyyətli nəticələr əldə edə bilmirlər. Londona toplaşan mütəxəssislər belə bir qənaətə gəliblər ki, Minsk Qrupu həmsədrləri öz vasitəçi səylərini daha çox fəallaşdırmalı və danışıqlar prosesini dalana aparmağa çalışan destruktiv qüvvələrə munasibətdə sərt mövqe tutmalıdırlar.

Mənim fikrimcə, Avropa münaqişənin həllinə əhəmiyyətli dərəcədə yardım göstərə bilər. Ermənistan-Azərbaycan münaqişəsi təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün ciddi çağırışdır. Münaqişənin nizamlanmasının yubadılması regional kontekstdə geniş miqyaslı əməkdaşlığın inkişafına və dərinləşməsinə əngəl törədir.

Beynəlxalq təşkilatlar və iri dövlətlər qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanımır. O hesab edir ki, bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsindən xəbər verir. Onun sözlərinə görə, avropalı politoloqlar yaxşı başa düşürlər ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində əhəmiyyətli irəliləyişin olmaması problemi Avropanın təhlükəsizliyinə təsir göstərməkdə davam edən həyəcan və stabilliyin pozulması amilidir. "Buna görə, Avropa yubadılan qarşıdurmanın tezliklə həllinə maraq göstərir. Bir çox məsələlərin Avropa İttifaqı strukturlarının konstruktiv dialoqun inkişafına yeni imkanların yaradılması məqsədilə ATƏT və Avropa Şurası ilə çoxtərəfli əməkdaşlığı nə dərcədə uğurlu inkişaf etdirəcəyindən asılı olmasına baxmayaraq, bu, nəticə etibarilə, problemin ədalətli və hərtərəfli nizamlanmasına gətirib çıxara bilər.

- Azərbaycanın dövlət idarəçiliyi və ölkədə demokratik institutların tikintisi konfransın əsas mövzularından biri olub. Azərbaycan Böyük Britaniya ilə bu sahədə hansı yeni əməkdaşlıq istiqamətlərini seçmək niyyətindədir?

Bu mövzular konfransın üçüncü sessiyasının fəal müzakirələr mövzusu olub. Prezident Aparatı şöbəsinin müdiri Elnur Aslanov dövlət idarəçiliyi, cəmiyyətimizin demokratikləşdirilməsi, insan haqlarına riayət olunması və onların müdafiəsi məsələləri üzrə məzmunlu məruzə ilə çıxış edib. O, demokratik idarəetmə normalarının həyata keçirilməsi və inkişafı, həmçinin, vətəndaş hüquqlarının möhkəmləndirilməsi sahələrində hökumət tərəfindən aparılan çoxaspektli işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Vətəndaş cəmiyyəti inkişafının demokratiya məsuliyyətinin möhkəmləndirilməsi üzrə əsas vəzifələrdən biri olduğu qeyd olunub ki, bu da müstəqil dövlətimizin stabil və səmərəli təkamülünə imkan yaradır.

Bu istiqamətdə əməkdaşlığa gəldikdə isə, biz britaniyalı ekspertləri ölkədə demokratikləşdirmə və insan haqları sahəsində yaranan vəziyyətlə tanış etmək üçün Azərbaycana dəvət etmək niyyətindəyik. Strateji Araşdırmalar Mərkəzi bundan sonra bilavəsitə Britaniyanın siyasi strukturlarına obyektiv və keyfiyyətli informasiya təqdim edəcək. Londonda Britaniya beyin mərkəzləri ilə əməkdaşğılın bəzi istiqamətləri üzrə razılaşma da əldə olunub.

- Sizin rəhbərlik etdiyiniz Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi təqribən yarım ildir ki, fəaliyyət göstərir. İlkin məqsəd və vəzifələrin həyata keçirilməsinə nail olmaq mümkün olubmu? Mərkəz hansı istiqamətlərdə və hansı layihələri planlaşdırır?

- Biz yarım il ərzində Mərkəz qarşısına qoyulan ilkin məqsəd və vəzifələrin həyata keçirilməsinə praktiki olaraq nail olmuşuq. Bizim artıq dünyanın bir çox beyin mərkəzləri ilə olduqca səmərəli iş müqavilələrimiz var. Biz üç iri beynəlxalq konfrans keçirmişik - birincisi Baş qərargahı Vaşinqtonda yerləşən Karnegi Mərkəzinin Moskva Ofisinin iştirakı ilə təşkil olunub. LİNKS ilə birgə keçirilən ikinci konfrans Bakıda baş tutub, üçüncü konfrans isə, Bakı Forumunun davamı kimi,Beynəlxalq Strateji Araşdırmalar İnstitutu - BSAİ ilə əməkdaşlıq üzrə üçitərəfli formatda Londonda keçirilib. Yeri gəlmişkən , bizim London konfransımızın əsas uğurlarından biri BSAİ-nin Baş direnktoru Con Çipmanın bizim Mərkəzə, onun institutunun korporativ üzvü olmasını təklif etməsi olub. Bu cür beynəlxalq tribunanı əldə etmək olduqca mühümdür. Bu həm də ölkəmiz üçün prestijlidir. BSAİ Avropa, Asiya və ABŞ -ın iri beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə hər il konfrans keçirir. Burada əsas diqqət strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik problemləri,müasir dünyanın regional və qlobalsiyasəti kimi məsələlərə ayrılır. Biz artıq BSAİ-nin himayəsi altında sentyabr ayında Cenevrədə keçiriləcək beynəlxalq konfransda iştiraka dəvət almışıq.

Əlavə olaraq qeyd edim ki, biz starateji mahiyyətli aktual məsələlər üzrə iki qapalı Dəyirmi masa keçirdik. Hazırda biz Azərbaycan və ingilis dillərində nəşr olunacaq "Azerbaijan Focus" beynəlxalq elmi-analitik jurnalın ilk buraxılışı üzərində işləyirik. Artıq bizim jurnalın nəşrində iştirak etmək istəyən bir sıra tanınmış yerli və xarici ekspertlərdən məqalələrin əksəriyyəti alınıb. Jurnalın birinci xüsusi nömrəsinin sentyabr ayında çap olunması gözlənilir. Bundan əlavə, BSAİ və Rusiyanın Strateji Araşdırmalar İnstitutu ilə birgə elmi-praktik və tədqiqat layihələri planlaşdırılır. Həmçinin, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri kimi , Avropa və ABŞ-ın beyin mərkəzlərindən, xüsusilə də Brüssel, Vaşinqton, Berlinə səfər etmək və beynəlxalq ekspert və politoloqlar qarşısında "Azərbaycan 2008: prezident seçkiləri və xarici siyasət" mövzusu ilə bağlı çıxış etmək üçün dəvət almışam.

Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bizim ölkə sürətli şəkildə inkişaf edir və iqtisadi və siyasi müasirləşmə yolunda tərəqqi edir.

Yeni siyasi məkanın formalaşması sistemində Strateji Araşdırmalar Mərkəzinin rolu və yeri Azərbaycanın xarici siyasi, iqtisadi və digər təhlükəsizlik sahələrindəki prioritet problemlərinin perspektivdə kompleks ekspert təhlilinin vacibliyi, habelə, tədqiqat nəticələrinin yüksək səviyyəli və peşəkar tövsiyyə səviyyəsinə çatdrılması ilə şərtləndirilir.

Bizim əsas vəzifəmiz yeni qlobal mühitd Azərbaycanın ə rəqabət qabiliyyətini müəyyən edən və gələcək strategiyasını formalaşdıran millətin intellektual bazisinin möhkəmlənməsindən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti