...

İlham Əliyev "Biometrik informasiya haqqında" qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 12 İyul 2008 00:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də їBiometrik informasiya haqqındaї qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının їBiometrik informasiya haqqındaї Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

Öz səlahiyyətləri daxilində їBiometrik informasiya haqqındaї Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti