...

Raket əleyhinə müdafiə sistemində Azərbaycanın rolu üçün şans varmı? - The Heritage Foundation-nın analitiki Ariel Koen

Siyasət Materials 14 İyul 2008 15:05 (UTC +04:00)

The Heritage Foundation-nın (ABŞ) baş elmi işçisi, politoloq Ariel Koen xüsusi olaraq Trend üçün

Azərbaycan Polşa-Amerika münasibətlərindəki böhrandan fayda qazana bilər. ABŞ-ın Polşada raket əleyhinə ballistik raketlərin yerləşdirilməsi qərarı, Atlantikanın hər iki tərəfinin müxtəlif planları səbəbindən müvəffəqiyyətsizliyə uğramağa doğru gedir və Azərbaycanın oyuna qoşula bilmək imkanı var.

İranın keçirdiyi son raket sınaqları raket əleyhinə sistemlərin təxirəsalınmaz işlənib hazırlanmasını və əməli tətbiqini  zəruri edir və Polşa ilə danışıqların müvəffəqiyyətsizliyə uğraması Vaşinqtonu bütün raket əlehyinə müdafiə arxitekturasına yenidən baxmağa məcbur edə bilər.

İndi yalnız Varşava və Vaşinqtondakı uğur və böyük diplomatik istedad müqaviləni və münasibətləri xilas edə bilər. Bir ölkənin uduzması, oyuna ikinci ölkənin qoşulmasına gətirib çıxara bilər.              

Rusiya hökuməti dəfələrlə Qəbələ Radiolokasiya Stansiyasının ümumi raket əleyhinə müdafiə sisteminin komponenti qismində istifadə edilməsinə dair təkliflər irəli sürüb. Azərbaycan hökuməti bu ideyanı dəstəkləyir. Lakin Vaşinqton buna soyuq yanaşır. Bütün bunlara baxmayaraq, hər şey dəyişə bilər.

Buşun ikinci hakimiyyəti dövründə ABŞ Avropada təhlükəsizlik üzrə münasibətləri qlobal raket əleyhinə müdafiə sistemini yerləşdirmək yolu ilə möhkəmləndirməyə cəhd edir, Polşa isə öz növbəsində, NATO-da Vaşinqton üçün ən üstün tərəfdaş olmaq istəyir. Varşava ordusunu modernizə etməyə və öz ənənəvi düşməni Rusiyaya qarşı münasibətdə ABŞ və NATO arasında təməl daşı olmağa hazır idi.

Kaçinski qardaşlarının və Pentaqonda özündə raket əleyhinə müdafiə sistemini də birləşdirən ABŞ-ın hərbi transformasiya siyasətini idarə edən Don Ramsfeldin hökuməti zamanı bu baş verə bilərdi. Lakin indi ABŞ və Polşadakı xarici siyasət üzrə fikir ayrılıqları "ağılların" görüşünü çətinləşdirir.

Buş-Çeyni tandemi vəzifədə son mərhələsini yaşayır və bu bir qayda olaraq, xarici siyasət üzrə fikir ayrılıqları üçün əlverişli zaman deyil. Buxarestdə NATO sammitində ABŞ-ın Avropa müttəfiqləri Ukrayna və Gürcüstana MAP-ın verilməsinə əks çıxmaqla, Corc Buşu çox məyus ediblər. İsrail və Fələstindəki Əbu-Mazen hökuməti arasında Yaxın Şərq üzrə arzulanan sülhə indi nail olmaq, həmişəkindən daha çətindir. Pakistan getdikcə tikanlı müttəfiqə çevrilir. İndi isə Varşava Buşa daha bir "diplomatik qançır" verdi.

"Foggy Bottom"u və Pentaqonda Robert Geytsi idarə edən Ağ Ev və Kondaliza Rays, öz prioritetlərini digər yerlərdə, İraq, Əfqanstan, İran, Şimali Koreya və ərəb-israil münaqişəsində cəmləşdiriblər. Raket əleyhinə müdafiə arxa plana keçirilib.

Baxmayaraq  çoxları hesab edirlər ki,  raket tutanların yerləşdirilməməsi Polşanın tələb etdiyi məbləğ səbəbindən baş tutmayıb, reallıqda isə vəziyyət başqa cürdür. Baş nazir Donald Tusk haqlıdır: məsələ nə pulda, nə "Patriot"da, nə də ki, THAAD zenit raketlərindədir.

İndiki Polşa hökuməti Avropa ilə münasibətlərinin sönən Buş hökumətindən daha əhəmiyyətli olduğu qərarına gəlib. Avropa İttifaqı ABŞ-ın, o cümlədən  qlobal raket əleyhinə müdafiə gücünə şübhə ilə baxdığı bir zamanda, hər il Polşaya avro milyardlar ödəyir. Baş nazir Tusk Kaçinski erasının zəifləməsindən sonra raket planına əks çıxan Berlin və Parislə münasibətlər qurur. Bəzi Polşa liderlərinin karyerada müvəffəqiyyətə nail olmaq naminə etdiyi şəxsi cəhdləri, ola bilsin ki, Tusk hökumətinin müqaviləyə münasibətdə təkidli mövqedə olmasında öz rolunu oynayıb, - Varşavadakı yüksək vəzifəli mənbələr bildirir. Bəs sonra nə olacaq? Buş administrasiyası şirinliyi artıraraq, ən azı Tuskun tələb etdiyi məbləğin bir hissəsini verə bilər. Lakin o, Pakistan və Misirə verdiyi kimi, Polşa xarici işlər naziri Boqdan Kilçin istədiyi milyardlarla dollar məbləği orduya verə bilməz.

Birincisi, Polşanın dünyada adambaşı gəlirin ən aşağı olduğu və savadsızlıq səviyyəsinin ən yüksək olduğu Pakistan və Misirlə müqayisəsi biabırçılıqdır. Polşa ABŞ-ın ən əsas Avropa müttəfiqləri İtaliya və Böyük Britaniya ilə rəqabət aparmaq istərdi.

İkincisi, həm Misir, həm də Pakisatan dünyanın qeyri-stabil regionlarında,  Yaxın Şərqdə və Hind subqitəsində ən aparıcı ölkələrdir. Pakistan öz ərazisində "Əl Qaidə"yə qarşı mübarizə aparır və ABŞ-ın, NATO-nun Əfqanıstanda apardığı müharibə üçün plasdarmı sayılır.

Üçüncüsü, ABŞ bütün dünyada var-yoxdan çıxmış dövlət sayılır. Xarici borc $7 trilyon; ipoteka və özəl sektorun krediti daxil olmaqla daxili borc $35 trilyon təşkil edir ki, bu da ümumdaxili məhsul həcminin 300 faizidir. ABŞ Polşaya müasir silah sistemləri satmağa və təlimlər keçirməyə şad olardı. Lakin Birləşmiş Ştatlar nəsə ödəmək fikrində deyil.

Rusiyanın hədə-qorxuları ola bilsin Varşavaya təsir edib. Polşa barışmaz qaldıqda, Litva, Xorvatiya, Gürcüstan, hətta Rumıniya və Bolqarıstana öz ərazilərində raket komplekslərinin yerləşdirilməsi təklif oluna bilər. Zərurət yaransa, Ankaradakı hərbi-hakim hökumət öz ərazisində İran əleyhinə Amerika raket sisteminin yerləşdirilməsi təklifini nəzərdən keçirə bilər.

Bununla belə, çıxış yolu Buş administrasiyasının ixtiyarında qalan bir neçə ay ərzində tapıla bilər. Ya Varşavanın Polşada raket əleyhinə müdafiə sisetmlərinin yerləşdirilməsinə dair mövqeyi ciddidir, ya da ki, Varşava Amerikanın nou-hau müdafiə sistemini istəyir. Vaxt isə bitmək üzrədir.

Bu müqavilənin nəticəsi ABŞ-da noyabrda keçiriləcək seçkilərin nəticələrindən də asılı ola bilər. Obama qalib gəlsə, sistem lazımsız ola bilər. Obamanın xarici siyasət üzrə müşaviri Zbiqnev Bjezinski və milli təhlükəsizlik üzrə müşaviri Cimi Karter bildiriblər ki, təklif olunan raket əleyhinə müdafiə sistemləri mənasız bir şeydir, belə ki, mövcud olmayan təhlükəyə (İran) qarşı yönəlib və öz növbəsində avropalılar da bunu rədd edirlər.

Digət tərəfdən, Makkeynin qələbəsi yəqin ki, qlobal  raket əleyhinə müdafiə sistemlərini fəaliyyətdə saxlayacaq və onun administrasiyası Varşavanın qapısını 2009-cu ildə döyəcək.

Moskvada şampanlar açıldığı, Tehranda isə şükür dualarının edildiyi bir vaxtda, Polşa və ABŞ öz geostrateji yollarında ayrılırlar. Bu taixi hadisədir, onu nə rədd etmək, nə də qiymətləndirməmək olar.

Ölkələrin daimi dostlarının deyil, daimi maraqlarının olması baxımından, adama hərdən elə gəlir ki, ABŞ və Polşa bu qaydadan kənar xoşbəxt istisnalıq təşkil edir. Bununla belə, Varşava yadda saxlamalıdır ki, coğrafiya daimi olaraq qalır və beş yüz illik Polşa-Rusiya münasibətləri bir göz qırpımında itib batmayacaq.

Polşada çoxları sakit şəkildə Polşanın bu yaxınlarda əldə etdiyi özünütəsdiqi qeyd ediblər. Vaşinqtonda həmrəylik və soyuq müharibəni xatırlayanlar isə, özlərinə sual verirlər ki, doğurdanmı Polşa dostluğu saxlanıla bilər. Lakin Vaşinqton yeni raket əleyhinə müdafiə arxitekturası üçün digər ölkələrə müraciət edə bilər və burada Azərbaycanın rolu həlledici əhəmiyyətə malik ola bilər.

Soyuq müharibədən sonrakı dünya tarixə qovuşur. İyirmi birinci əsrə xoş gəlmişsiniz.

Xəbər lenti

Xəbər lenti