...

İran hərbi hava qüvvələri texniki bazasını yeniləndirir

Siyasət Materials 29 İyul 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul / Trend / İranın Hərbi hava qüvvələri müxtəlif növ təyyarələr, yeni radarlar və raket qurğuları istehsal edir. - deyə İranın Hərbi Hava qüvvələrinin komandiri General Miqani bildirib. Bu barədə İranın "Farsnews" agentliyi məlumat yayıb.

O əlavə edib ki, İranlı mütəxəssislər hazırda 40 gün ərzində F5, F14, 707 və 747 növ təyyarələri əsaslı təmir edir.

Miqani bildirib ki, İranlı mütəxəssislər müxtəlif növ raket qurğularını, yeni radar sistemlərini və təyyarələri əsaslı təmir edib, yenidən istehsal edirlər.

Onun sözlərinə görə, İranın Hərbi Hava qüvvələri sərnişinsiz təyyarələrin istehsalında və (düşmən qüvvələrinin aşkarlanması üçün) siqnalların toplanması sistemlərinin quraşdırılmasında yeni nailiyyətlər əldə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti