...

Azərbaycan prezidenti YUNİSEF-in Azərbaycandakı nümayəndəsini qəbul edib

Siyasət Materials 18 Avqust 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi YUNİSEF-in Azərbaycandakı nümayəndəsi xanım Hana Singeri ölkədəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xanım Hana Singer YUNİSEF ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkəmizdəki fəaliyyəti dövründə ona göstərilən yüksək diqqətə görə Azərbaycan hökumətinə və şəxsən prezidentə minnətdarlığını bildirib.

Dövlət başçısı Azərbaycanla YUNİSEF arasında əlaqələrin daim genişlənməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ölkəmizdə fəaliyyəti müddətində xanım Singerin Azərbaycan-YUNİSEF əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti