...

Bakı sakininin evi qarət edilib

Siyasət Materials 23 Avqust 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında mənzil qarət edilib. Binəqədi rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend -a verilən məlumata görə, Binəqədi rayonunun İbrahim Dadaşov küçəsi, ev 71, mənzil 2 ünvanında yaşayan Ömər Sahib oğlu Hüseynov avqustun 21-də polisə müraciət edərək bildirib ki, avqustun 14 - dən 20 - dək evində olmadığı müddətdə naməlum şəxs pəncərədən keçməklə onun mənzilinə daxil olaraq, mənzildən 3100 dollar, 5100 manat pul və qızıl zinət əşyaları oğurlayıb. Polis bölməsindən bildirdilər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti