...

Tbilisinin gürcülərin Cənubi Osetiya kəndini tutması barədə məlumatı yoxdur

Siyasət Materials 25 Avqust 2008 20:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Hərbçilərin Mosabruni kəndini tutması barədə Gürcüstan tərəfinin məlumatı yoxdur, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirliyi aparatından Trend -a bildiriblər.

Gürcüstanın sihalı birləşmələri Cənubi Osetiyanın Mosabruni kəndinə daxil olublar,- tanınmamış Cənubi Osetiya respublikasının xüsusi işlər naziri Boris Çoçiyev bazar ertəsi "İnterfaks"a bildirib. Onun sözlərinə görə, gürcü hərbçiləri Cənubi Osetiyanın Leninoqorsk rayonu ərazisində yerləşən Mosabruni kəndinə daxil olublar. "Hazırda Leninoqorsk rayonu ilə qonşu gürcü rayonunun rəhbərliyi ilə tutulmuş Cənubi Osetiya kəndinin azad edilməsi haqqında danışıqlar aparılır", - Çoçiyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti