...

Azərbaycan prezidenti İran xarici işlər naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 Sentyabr 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend / Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4- də İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mehdi Səfəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycanla İran arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı, həmçinin, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, özünün də salamlarını ona çatdırmağı xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti