...

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Siyasət Materials 4 Sentyabr 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend / "Azərenerji" SC yanvar-avqust ərzində 2007- ci ilin analoji dövründə təxminən 14,4 mlrd. kVt/saata qarşı 14,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edib, SC-nin cümə axşamı yayılan məlumatında bildirilir.

Yanvar-avqustda istehsal edilən elektrik enerjisinn 12,4 mlrd. kVt/saatı istilik- elektrik stansiyaları, qalan 1,8 mlrd. kVt/saatı isə su- elektrik stansiyalarının payına düşüb. 2007-ci ildə bu göstərici, müvafiq olaraq, təxminən 12,6 mlrd. kVt/s və təxminən 1,8 mlrd. kVt/s olub.

Avqustda "Azərenerji" tərəfindən 1,6 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən ay istehsal edilən elektrik enerjisinin ümumi həcminin 1,5 mlrd. kVt/saatı istilik, qalan 0,1 mlrd. kVt/saatı isə su - elektrik stansiyalarının payına düşüb. Avqustda qonşu ölkələrlə - Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti