...

Azərbaycanda yeni sol təmayüllü partiya yaradılır

Siyasət Materials 8 Sentyabr 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda müxalifətyönlü və sol təmayüllü yeni Demokratik Sol Partiya yaradılır. "Bunun üçün Təşkilat Komitəsinin yaradılması istiqamətində müəyyən addımlar atılır və prezident seçkisindən sonra yeni partiyanın formalaşdırılması ilə bağlı proseslərə start vermək niyyətindəyik", bu barədə bazar ertəsi Trend -a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sıralarından çıxarılan katibi Elşən Manafov bildirib.

Trend -un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Şənbə günü ASDP Mərkəzi Komitəsinin iclası keçirilib. İclasda təşkilatdaxili məsələlər müzakirə olunub. Əlizadəni partiyanı idarə edə bilməməkdə ittiham edən və Mütəllibovun yaxın tərəfdarı kimi tanınan ASDP Mərkəzi Komitəsinin Büro üzvü və katibi Manafov partiyadan xaric olunub.

Manafov hesab edir ki, Azərbaycanda sol-mərkəzçi partiyanın yaradılmasına ciddi zərurət var: "Hazırda mövcud olan partiyalar arasında mübarizə ideoloji dəyərlərdən uzaqdır və bu proses sürətlənir. Demokratik Sol Partiyanın yaradılması siyasi reallıqlardan irəli gələn zərurətdir", - deyə Manafov bildirib.

Onun sözlərinə görə, ASDP-nin digər həmsədri Mütəllibov da yaxın vaxtlarda partiyadan istefa verəcək: "ASDP-nin Mərkəzi Komitəsində Ayaz Mütəllibovun tərəfdarları qalmayıb. Prezident seçkisi ilə bağlı fərqli mövqelərin və fikir ayrılığının yaranması onu göstərir artıq Ayaz Mütəllibov Araz Əlizadəyə lazım deyil. Halbuki Əlizadə özü beş il bündan əvvəl Mütəllibovun ayağına getmişdi".

Manafovun sözlərinə görə, avqustun 18-də Mütəllibovla telefonla danışıb. "Mütəllibov açıq şəkildə etiraf etdi ki, Araz Əlizadə əvvəlki adam deyil və o sındırılıb. Lakin Araz Əlizadənin kimlər tərəfindən sındırıldığına aydınlıq gətirmədi. Əlizadə bu məsələni plenumun müzakirəsinə çıxardı. Ayaz Mütəlibova zəng vurdu. O da bildirdi ki, Manafova nə demişəmsə, bu mənim şəxsi işimdir. Bu onu göstərir ki, həmsədrlər arasında yaranmış narazılıqlar Elşən Manafov olmadan da partiyanın nəticədə parçalanmasına gətirib çıxaracaq", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti