...

Azərbaycan prezidenti vətəndaşların həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasi haqqında fərman imzalayıb

Siyasət Materials 8 Sentyabr 2008 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan Respublikası vətəndaşlarının 2008 - ci ilin oktyabrın 1- dən 30 - dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, 1990 - cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973 -1989 - cu illərdə doğulmuş, yaşı 35- dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2008 - ci ilin oktyabrın 1- dən 30 - dək həqiqi hərbi xidmətə çağırılır. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2008 - ci ilin oktyabrın 1 - dən 30 - dək ehtiyata buraxılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidr.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti