...

Abxaziya və Cənubi Osetiya MDB-yə daxil olmaq istədiklərini bildirməyiblər – səfir

Siyasət Materials 9 Sentyabr 2008 13:13 (UTC +04:00)
Abxaziya və Cənubi Osetiya MDB-yə daxil olmaq istədiklərini bildirməyiblər – səfir

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir R.Novruzov/ Rusiya bəyan edir ki, Abxaziya və Cənubi Osetiya MDB-yə daxil olmaq barədə istəklərinin olduğunu bildirməyiblər.

"Abxaziya və Cənubi Osetiya hələ ki, MDB-yə daxil olmaq istədiklərini bildiriməyiblər", - deyə çərşənbə axşamı Trend -a Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

Bir gün əvvəl Abxaziya prezidenti Sergey Baqapş Abxaziya və Cənubi Osetiyanın MDB-yə daxil olma planları barədə bəyanatla çıxış edib. "Belə bir ehtimal böyükdür, biz artıq məsələ qaldırmışıq və əgər MDB-yə üzv dövlətlər bunu mümkün hesab etsələlər, əlbəttə ki, biz (Abxaziya və Cənubi Osetiya) bu təşkilata daxil olacağıq", - deyə Abxaziya prezidenti bildirib.

"MDB hər bir ölkə üçün açıqdır və yeni ölkənin qruma daxil olmağa hazır olduğunu bildirəcəyi təqdirdə, Birlik dövlətləri bu məsələni nəzərdən keçirə bilər", - deyə bazar ertəsi Trend -a Moskvadan telefonla MDB İcraiyyə Komitəsinin mətbuat katibi Sergey Suntsov bildirib.

Suntsov bildirib ki, MDB İsraiyyə Komitəsinə Abxaziya və ya Cənubi Osetiyadan MDB-yə daxil olma ilə bağlı hələ ki, heç bir rəsmi sənəd daxil olmayıb.

MDB Rusiya, Belarus və Ukrayna tərəfindən 1991-ci ildə yaradılıb, sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Moldova, Qırğızıstan, Türkmənistan və Tacikistan da Birliyə qoşulub.

Rusiya 2008-ci il avqust hadisələrindən sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Rusiya Federasiyasının prezidenti müvafiq fərmanlar imzalayıb və digər ölkələri Abxaziya və Cənubi Osetiyanı tanımağa çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti