...

Gürcüstan parlamentinin sədri ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edəcək

Siyasət Materials 9 Sentyabr 2008 14:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə axşamı Gürcüstan parlamentinin sədri David Bakradzenin ABŞ-a səfəri davam edəcək. Gürcüstan parlamentindən verilən məlumata görə, bu gün spiker Birləşmiş Ştatların Konqresində və Senatında görüşlər keçirəcək.

Bakradze gürcü məsələsinin müzakirə edilcəyi ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edəcək.

Səfərin gedişində Bakradze Ağ Evin yüksək vəzifəli şəxsləri ilə də görüşəcək, Strateji və Siyasi Araşdırmalar Mərkəzində çıxış edəcək.

Dünən Gürcüstan parlamentinin sədri BMT Baş katibi Pan Gi Munla və 17 ölkənin BMT-dəki daimi nümayəndəsi ilə görüşüb. Görüşlərin gedişində Gürcüstanın dəstəklənməsi və onun ərazi bütövlüyünün tanınması məsələsi müzakirə edilib.   

Xəbər lenti

Xəbər lenti