...

İtaliyalı cərrahlar humanitar missiya çərçivəsində gürcü uşaqları üzərində çənə-üz əməliyyatları aparacaqlar

Siyasət Materials 10 Sentyabr 2008 18:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ İtaliyanın "Smile Train italia" beynəlxalq təşkilatının könüllü həkimlər qrupu sentyabrın 14 - 20-də Gürcüstana səfər edəcəklər. Tbilisi Dövlət Tibb Universitetindən verilən məlumata görə, bu aksiya Xarici İşlər, Səhiyyə nazirlikləri və Gürcüstanın Vatikandakı Fövqəladə və Səlahiyyətli səfiri Ketevan Baqrationinin yardımı ilə həyat keçiriləcək.

Səfər çərçivəsində üzlərində qüsur olan uşaqlar pulsuz əməliyyat olunacaqlar.

Bundan əlavə, münaqişə zonasında yanğın xəsarəti və zədə alan uşaqlar üzərində də plastik əməliyyatlar aparılacaq.

Səfər zamanı nümayəndə heyəti XİN, Səhiyyə Nazirliyi, İtaliya səfirliyinin nümayəndələri və digər rəsmi şəxslərlə görüş keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti