Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir İ.Əlizadə/ İsraildə noyabrın 11-də keçiriləcək bələbiyyə seçkilərində daha bir həmyerlimiz - Yuri Boçarov da iştirak edəcək.
"Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) İdarə Heyətinin üzvü Boçarov Hayfa şəhəri merinin müavini vəzifəsinə namizədliyini irəli sürüb", cümə günü Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Hayfa əhalisinin sayına görə İsrailin üçüncü şəhəridir və burada Azərbaycandan köçmüş yəhudilərin sayı kifayət qədər çoxdur. Boçarov 1958-ci ildə Bakıda anadan olub. İsrailə 1991-ci ildə köçüb. Boçarov 2007-ci ildən Hayfa şəhər bələdiyyəsində rusdilli əlali ilə iş üzrə əlaqələndiricidir. Həmyerlimiz İsraildə mer ve mer müavini vəzifəsi ilə bağlı təşkil olunan müxtəlif kurslara da qatılıb. 1998-2003-cü illərdə deputat olub və Neşer şəhəri merinin müavini işləyib.
İsraildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edən digər iki həmyerlimiz - Adam Amilov və Mixemia Mixailli Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) vitse-prezidentləridir. Mixailli seçkilərə Akko şəhərinin meri vəzifəsi ugrunda mubarizə aparır. Amilov isə Kiryat Yam şəhərində merin muavini vəsifəsinə iddialıdır.
2007-ci ilin aprelində təsis edilmiş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) Israildəki azərbaycanlıların təşkilatlanmasında, onların ölkənin ictimai-siyasi həyatında fəallığının artmasında rolu böyükdur. Təşkilatın 3 üzvünün ölkədə mühüm əhəmiyyət kəsb edən bələdiyyə seçkilərində iştirakı Azİs-in ictimai-siyasi proseslərdəki aktivliyinin göstəricisidir. Azİs-in İsraildə 40 mindən çox üzvü var və onlar seçkilərə qatılan namizədlərə səs verəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]