...

Azərbaycanın hakim partiyası prezidentliyə namizədinin seçki fondunu yaradıb

Siyasət Materials 12 Sentyabr 2008 18:17 (UTC +04:00)
Azərbaycanın hakim partiyası prezidentliyə namizədinin seçki fondunu yaradıb

Azərbaycan, Şəki, 12 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçki fondunu yaradıb. "Hazırda seçki fonduna könüllü vəsaitin daxil olması prosesi gedir", - bu barədə cümə günü jurnalistlərə YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Qurbanlı fonda toplanan vəsaitin miqdarı barədə məlumat verməyib.

Hakim partiyanın seçki təbliğatına nə qədər pul xərclənəcəyinə gəldikdə, Qurbanlı qeyd edib ki, aparacaqları təbliğatın kökündə maddi vəsait dayanmır: "YAP-ın 450 min üzvü var və biz çox vəsait xərcləmədən kampaniyanı qura biləcəyik. Bizim hər bir üzvümüzün təbliğatçı rolunda çıxış etməsi kifayət qədər işdir. Hər bir partiya üzvünü və onun ailə üzvlərini hərəkətə gətirsək, bu, milyon yarım Azərbaycan vətəndaşı deməkdir".

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti