...

NATO – nun Baş katibi Qoridə olub

Siyasət Materials 16 Sentyabr 2008 20:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda səfərdə olan NATO - nun Baş katibi Yaap de Hoop Sxeffer və Şimali Atlantika Alyansı Şurasının nümayəndələri çərşənbə axşamı Rusiya təcavüzündən zərər çəkmiş Qori şəhərində olublar.

Qonaqlar Qoridəki hərbi baza və aviazərbələr nəticəsində dağıdılmış korpuslara baxıblar.

NATO - nun Baş katibi avtobusla gəzib. O, öz qərarını bununla izah edib ki, Gürcüstan ərazisində gücləndirilmiş mühafizə olmadan, adi vətəndaş kimi hərəkət etməyi arzulayır. Sxeffer şəhəri şərhsiz tərk edib.

Onun əvəzinə Gürcüstan müdafiə naziri David Kezeraşvili bəyan verib. Kezeraşvili qeyd edib ki, NATO -nun Baş katibi Rusiyanın hərəkətlərinin vandalizm olmasına özü əmin olub. "O, əmin olub ki, Rusiya işğalçıları vəhşilikləri ilə fərqləniblər və özlərini qarətçilik edən və hər şeyi dağıdan qeyri - mədəni insanlar kimi aparıblar", - müdafiə naziri bildirib.

Xəbər lenti

Xəbər lenti